İH-dən jurnalistin işdən qovulmasına reaksiya: “Özünə hörmət edən telekanal...” - "Space"dəki qalmaqal

img

06-10-2016 [14:03]


Bərdə rayon İcra Hakimiyyəti "Space” televiziyasının əməkdaşı Gündüz Məmmədovun başçı Vidadi İsayevin sifarişi ilə işdən çıxarılması xəbərinə münasibət bildirib.

Mia.az xəbər verir ki, İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında bu məsələnin onlara heç bir aidiyyəti olmadığını deyib:

 ""Space” müstəqil televiziyadır və onun rəhbərliyi var. Əgər kanal rəhbərliyi kimisə işdən çıxarıbsa, orada icra başçısısın rolu olmur. Rayon icra başçısının sözü ilə heç kimi işə götürmürlər ki, onun da sözü ilə işdən uzaqlaşdırsınlar”.

İ. Məmmədov Gündüz Məmmədovun yaxşı kadr olduğunu deyib: "Gündüz yaxşı oğlandır və eyni zamanda gözəl mütəxəsisdir. Özünə hörmət edən televiziya rayon icra başçısının əmri, ya da göstərişi ilə kimisə işdən çıxarmır”.

Qeyd edək ki, Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb. Jurnalist iddia edir ki, rəhbərliyin sifarişi ilə hazırlamaqq istədiyi reportaja görə, Bərdə rayonunun icra başçısı Vidadi İsayevin qəzəbinə gəlib. O, əvvəlcə hədələnib, daha sonra başçının kabinetinə çağrılaraq "Onsuz da telekanalın rəhbərliyi ilə danışdım, sən artıq işdən azad olundun" deyə, açıq hədələnib. Başçının otağından çıxandan sonra isə jurnalistə telekanaldan zəng gəlib və Bakıya çağırılıb. Beləliklə, onu işindən azad ediblər... 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR