Türkiyədə daha bir terror - 6 hərbçi şəhid oldu

img

24-05-2016 [23:20]


Türkiyənin Van vilayətində PKK terrorçularinin törətdiyi partlayış nəticəsində 6 hərbçi həlak olub, iki nəfər isə xəsarət alıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb. Bildirilib ki, Çaldıran-Doğubəyazıt yolunda quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi avtomobil keçdiyi zaman partladılıb.

Hadisənin baş verdiyi ərazidə havadan hərbi helikopterlərin və kəşfiyyat təyyarələrinin dəstəyi ilə terrorçuların məhv edilməsi istiqamətində əməliyyatlar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR