Bakıda Ermənistan bayrağı yandırıldı

img

18-05-2016 [16:03]


Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələri Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyulub, ruhlarına dualar oxunub. QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər: "Vyana görüşləri bu həqiqəti bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”.

Sonra aksiya iştirakçıları Ermənistan bayrağını tapdalayıb və yandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR