Ege universitetində DAK ve Azerbaycan Qazi Qadınlar İctimai Birliyinin təşkilatçılığı tədbir

img

18-05-2016 [10:39]


Türkiyənin İzmir şəhəridə yerləşən Ege universitetində Dünya Azərbaycanlıları Konqresinin ve Azerbaycan Qazi Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə "Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan” mövzusuna həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə ilk olaraq çıxış edən DAK sədri Asif Qurban, istər Qarabağ mövzusunda istərsədə digər mövzularda Türkiyə-Azərbaycan münasibətlərinin önəmindən bəsh edib. Daha sonra O, Türkiyə-Azərbaycan qardaşlığının önəmini vurğulayaraq bildirib ki: " Ermənistan və onun havadarları unutmamlıdırlar ki, Türkiyə və Azərbaycana qarşı yaranacaq hər hansı bir problemdə bu dövlətlərin birlikdə addım atacağını bütün dünya bilməlidir”. Daha sonra tədbirdə iştirak edən "Ege Universiteti Türk Dünyası araşdırmalar institutu müdürü Məhmət Əkinçi, Tarixci etnoqraf Ramazan Hüseynli, "Qazi Qadınlar Təşkilatı” rəhbəri Rada Abbas və KAFSAM rəhbəri Dr. Nazim Cəfərsoy da öz çıxışlarında bu kimi tədbirlərin əhəmiyyətindən, mövzunun tarixindən və gələcəkdəki Türkiyə və Azərbycan tərəfinin bu mövzudakı birgə fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. 
Tədbir İzmir şəhərində yaşayan Azərbaycanlılar ve Türkiyeliler tərəfindən maraqla qarışılanıb. İştirakçılar da öz növbələrində təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR