10-09-2015 [12:53]
2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Təhsil nazirinin əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.
Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.
Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.
Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.
Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır.
Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR (Yenilənib)
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında - FOTOLAR
Ədalət Partiyası parçalanıb - Partiyada qarşıdurma böyüyür (AÇIQLAMALAR, YENİLƏNİB)
“Tamstore”da müdir xanım işçini döydü – VİDEO
Amerikalıların 55%-i Trampa inanmır: "Düz yolda deyil" - SORĞU
Bakıda ermənilər hakim qarşısında: Sarkisyanın etirafı nümayiş olunub - "Şuşa əməliyyatında Köçəryanın özü də iştirak edirdi"
Vilayət Eyvazov 153 vətəndaşın müraciətlərini dinləyib
Netanyahu Azərbaycana gəlir - Bu tarixdə
Bomjlar məcburi psixi xəstəxanaya yerləşdiriləcək? - 150 min insanla bağlı qərar veriləcək
“Oğlum olsa, Sevinc-Sevil bacılarını almaram" - Xatirə İslam
Agentlik əməkdaşı Qazaxda minaya düşüb
Bakıda ağacları kəsən tikinti şirkəti cəzalandırılıb
Prezident Ərdoğan İtaliyaya gedir
Aktyor Möylə Mirzəliyev vəfat edib
Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in qonağı olub - FOTOLAR
Balıq ovu başlayır
Sabahın hava proqnozu açıqlandı
Qarabağ zonasında daha 1925,4 hektar ərazi minalardan təmizlənib
Universitetə silahlı hücum: 1 ölü, 6 yaralı var
Qlobal bilik indeksi 2024: dünyada mövcud vəziyyət - Professor yazır
KOBİA İdarə Heyətinin sədrinə yeni I müavin təyin olunub
İlham Əliyev QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət göndərib
Xocalı şəhərinə daha 33 ailə köçürülüb
Netanyahu: "Fələstin dövlətinin yaradılması ideyası axmaqlıqdır"
Mərmərə dənizində yenə baş verib
Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ olub
Türkiyədə daha bir zəlzələ - 4.9 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sərhəddə gərginlik: bir nəfər öldürülüb, 3 nəfər qaçıb, digər 3 nəfər isə qandallanıb - DSX açıqlama yaydı
İlham Əliyev İran prezidentinə başsağlığı verdi: "Xəbər bizi son dərəcə kədərləndirdi"
Bu gün buraxılış imtahanı keçirilib (Yenilənib)
Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub - Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)
Sabah yağış yağacaq
Bakıda avtobusların yolu dəyişdi - SİYAHI
Naxçıvan Dövlət Universitetinin tələbələrini maşın vurub
Xarici İşlər Nazirliyi İrana başsağlığı verdi: "Partlayış bizi dərindən kədərləndirdi"
İranda nə baş verir? - 18 əfər ölüb, 1200-dək yaralı var (YENİLƏNİB)
Tofiq Yaqublu xəstəxanaya köçürüldü - Həkimdən açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda itkin düşmüş qızların yeri bəlli oldu - Taksi sürücüsü gizlədibmiş (Yenilənib)
Rusiya ordusu Kurski azad edib
Sabahın hava proqnozu açıqlandı