Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
GÜNDƏM
12.03.2026, 10:13
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, DİM tərəfindən martın 15-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.
Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:37 İQTİSADİYYAT
-
İspaniyada Birinci xanıma qarşı ittiham var
Bugün, 09:30 DÜNYA
-
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri həbs edildi
Bugün, 09:24 SİYASƏT
-
Macarıstanın yeni Baş naziri: “Əgər Netanyahu bura gəlsə, həbs edəcəyik”
Bugün, 09:13 DÜNYA
-
Bakıda internat məktəbinin yataqxanasında yanğın - VİDEO
Bugün, 09:08 CƏMİYYƏT
-
Dünyada analoqu olmayan məhkəmə prosesi: 400 məhkum eyni anda iclasa çıxarıldı – 47 min cinayətdə ittiham olunurlar
Bugün, 08:55 KRİMİNAL
-
Ankarada hərbi helikopter qəzaya uğradı
Bugün, 01:17 GÜNDƏM
-
Tramp “İranla atəşkəs müddətini uzadıram” dedi - Tehran isə "Biz bunu qəbul etmirik” cavabını verdi
Bugün, 00:56 GÜNDƏM
-
Rəsmi Tehran: “İran həmlələrə qarşı necə davranacağını çox yaxşı bilir”
Bugün, 00:46 GÜNDƏM
-
“İranın heyəti İslamabada getməyəcək”
Bugün, 00:15 GÜNDƏM
-
TƏBİB-in müşavirləri: onlar ayda 15 min manat maaş alırmış? + FOTO
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Tramp İranın dini liderinə xahiş etdi: “Xahiş edirəm, onlara zərər verməyin”
21.04.2026, 23:51 GÜNDƏM
-
Ankara Universitetində dava - Ülkücülər etiraz edən tələbələri döyüb
21.04.2026, 23:32 KRİMİNAL
-
AAYDA-da maliyyə nöqsanları aşkarlandı - Yoxlama
21.04.2026, 23:25 İQTİSADİYYAT
-
Qətər: Hörmüz boğazı böhranı davam edərsə, regional problemdən qlobal problemə çevriləcək
21.04.2026, 23:03 DÜNYA
-
"Vensin hələ də Vaşinqtondadır"
21.04.2026, 22:54 DÜNYA
-
"Bayern Münhen" Entoni Qordon ilə maraqlanır
21.04.2026, 22:46 İDMAN
-
"Arsenal" gənc oyunçu ilə müqavilə imzalayıb
21.04.2026, 22:31 İDMAN
-
"Qaziantep FK" yeni baş məşqçi ilə anlaşıb
21.04.2026, 22:10 İDMAN
-
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21.04.2026, 20:23 GÜNDƏM
-
Bakıda məktəblii saxlanılıb
21.04.2026, 17:30 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.04.2026, 17:00 İQTİSADİYYAT
-
TRAMP SAVAŞ ZƏNGİ ÇALIR: “Atəşkəs uzadılmayacaq, ya anlaşacaqlar, ya da…”
21.04.2026, 16:52 GÜNDƏM
-
İtaliyanın Baş naziri Azərbaycana gələcək
21.04.2026, 16:45 GÜNDƏM
-
Prezident məhkəmə hakimləri barədə fərman verdi - Güzəşt olunacaq
21.04.2026, 16:24 GÜNDƏM
-
MAŞINLARIN SIĞORTA QAYDASI DƏYİŞİR: "bonus-malus" sistemi ləğv edilir, əvəzində... - DETALLAR
21.04.2026, 16:19 İQTİSADİYYAT
-
Yeni tibb saytı fəaliyyətə başlayıb - klinik.az
21.04.2026, 16:12 PRESS
-
Qırmızı Bazar qəsəbəsinə daha 74 nəfər köçürülüb
21.04.2026, 16:02 GÜNDƏM
-
Məşhur iş adamına məxsus şirkətin borcu artıb
21.04.2026, 15:54 İQTİSADİYYAT
-
Nazir Elnur Abbasquliyevi yeni vəzifəyə təyin edib
21.04.2026, 15:50 MƏDƏNİYYƏT
-
"ADY-nin əməkdaşlarını cərimə batalyonu kimi doldurublar metroya" - "Aylığa oturdulan medianı sayan var ki..."
21.04.2026, 15:44 GÜNDƏM
-
Elvin Cəfərquliyevlə Abbas Hüseynov "Qarabağ"dan yola salınır
21.04.2026, 15:26 İDMAN
-
Belçika XİN: “İsrailin Livandakı əməliyyatları qəbuledilməzdir”
21.04.2026, 15:16 DÜNYA