YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
MƏDƏNİYYƏT
11.03.2026, 00:11
Müəlliməm! Gözəl bir kollektivdə işləyirəm. Bir neçə il ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyat fənini tədris etdikdən sonra işlədiyim İmişli rayon Təhsil Sektoru üzrə F. Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor müavini təyinatı aldım. Fəaliyyətim, işim mənə zövq verir.
Bu gün yeni yaşımla bağlı kollektivdə yaşanan sevgi-sevinc bir daha peşəmin məmnunluğun mənə yaşatdı, özümü xoşbəxt hiss etdim. Beynimdə düşüncələr dolandı: Nə yaxşı ki, müəlliməm! Nə yaxşı ki, qəlbimdə peşəmə məhəbbətim tükənməzdir!
Peşə seçimimdə valideynlərimə borcluyam. Atam da, anam da hər ikisi müəllimdir. Ailəmizdə həmişə halal müəllim çörəyi yeyilib.
Atam Şahsuvar Əmirahov uzun illər məktəb direktoru işləyib, onun təcrübəsini əks etdirən televiziya verlişləri, qəzet və jurnal məqalələri var. SSRİ məkanında Moskvada müəllimlərin qurultayında Azərbaycanı təmsil edən atamın çıxışı bir gənc müəllim kimi həmişə peşə məsuliyyətimi artırır və tez-tez o çıxışın lent yazısını dinləyirəm. Anam Kimya müəllimə isə ali təhsilli, təcrübəli sinif məllimidir.
Yeni yaşıma ünvanlanan dost-həmkar təbrikləri, valideyn-şagird müraciərləri mənə ilham verir. Mən bir müəllim kimi peşəmə bağlı, öyrənənlərə ana nəvazişliyəm. Hər bir şagirdi övlad kimi sevib, dəyərləndirirəm.
Ulu Öndərimiz Heydər Əliyevin gözəl bir fikiri var: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Bax, bu deyimdəki kimi bir ana, bir müəllim kimi həmişə öz işimdə fədakar və sədaqətli olmağa çalışıram. Düşünürəm ki, yolum aydın və işıqlıdır.
Bəyim Şirinli,
İmişli rayon F. Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ankarada hərbi helikopter qəzaya uğradı
Bugün, 01:17 GÜNDƏM
-
Tramp “İranla atəşkəs müddətini uzadıram” dedi - Tehran isə "Biz bunu qəbul etmirik” cavabını verdi
Bugün, 00:56 GÜNDƏM
-
Rəsmi Tehran: “İran həmlələrə qarşı necə davranacağını çox yaxşı bilir”
Bugün, 00:46 GÜNDƏM
-
“İranın heyəti İslamabada getməyəcək”
Bugün, 00:15 GÜNDƏM
-
TƏBİB-in müşavirləri: onlar ayda 15 min manat maaş alırmış? + FOTO
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Tramp İranın dini liderinə xahiş etdi: “Xahiş edirəm, onlara zərər verməyin”
21.04.2026, 23:51 GÜNDƏM
-
Ankara Universitetində dava - Ülkücülər etiraz edən tələbələri döyüb
21.04.2026, 23:32 KRİMİNAL
-
AAYDA-da maliyyə nöqsanları aşkarlandı - Yoxlama
21.04.2026, 23:25 İQTİSADİYYAT
-
Qətər: Hörmüz boğazı böhranı davam edərsə, regional problemdən qlobal problemə çevriləcək
21.04.2026, 23:03 DÜNYA
-
"Vensin hələ də Vaşinqtondadır"
21.04.2026, 22:54 DÜNYA
-
"Bayern Münhen" Entoni Qordon ilə maraqlanır
21.04.2026, 22:46 İDMAN
-
"Arsenal" gənc oyunçu ilə müqavilə imzalayıb
21.04.2026, 22:31 İDMAN
-
"Qaziantep FK" yeni baş məşqçi ilə anlaşıb
21.04.2026, 22:10 İDMAN
-
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21.04.2026, 20:23 GÜNDƏM
-
Bakıda məktəblii saxlanılıb
21.04.2026, 17:30 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.04.2026, 17:00 İQTİSADİYYAT
-
TRAMP SAVAŞ ZƏNGİ ÇALIR: “Atəşkəs uzadılmayacaq, ya anlaşacaqlar, ya da…”
21.04.2026, 16:52 GÜNDƏM
-
İtaliyanın Baş naziri Azərbaycana gələcək
21.04.2026, 16:45 GÜNDƏM
-
Prezident məhkəmə hakimləri barədə fərman verdi - Güzəşt olunacaq
21.04.2026, 16:24 GÜNDƏM
-
MAŞINLARIN SIĞORTA QAYDASI DƏYİŞİR: "bonus-malus" sistemi ləğv edilir, əvəzində... - DETALLAR
21.04.2026, 16:19 İQTİSADİYYAT
-
Yeni tibb saytı fəaliyyətə başlayıb - klinik.az
21.04.2026, 16:12 PRESS
-
Qırmızı Bazar qəsəbəsinə daha 74 nəfər köçürülüb
21.04.2026, 16:02 GÜNDƏM
-
Məşhur iş adamına məxsus şirkətin borcu artıb
21.04.2026, 15:54 İQTİSADİYYAT
-
Nazir Elnur Abbasquliyevi yeni vəzifəyə təyin edib
21.04.2026, 15:50 MƏDƏNİYYƏT
-
"ADY-nin əməkdaşlarını cərimə batalyonu kimi doldurublar metroya" - "Aylığa oturdulan medianı sayan var ki..."
21.04.2026, 15:44 GÜNDƏM
-
Elvin Cəfərquliyevlə Abbas Hüseynov "Qarabağ"dan yola salınır
21.04.2026, 15:26 İDMAN
-
Belçika XİN: “İsrailin Livandakı əməliyyatları qəbuledilməzdir”
21.04.2026, 15:16 DÜNYA
-
Bakı metrosuna giriş açıldı (Yenilənib)
21.04.2026, 15:08 GÜNDƏM
-
Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm - Açıqlama
21.04.2026, 15:03 GÜNDƏM
-
Tərifli göz həkimindən göz dağı: qəbulunda nələr gördüm? - Aynur Camal “Baku Medikal Plaza”dakı neqativ hallardan yazdı
21.04.2026, 14:50 CƏMİYYƏT
-
“Beşiktaş”ın prezidenti: “Sergen Yalçın kimi istədisə, aldıq”
21.04.2026, 14:28 İDMAN
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Yeni qanun qəbul edildi, cəzalar müəyyənləşdi
21.04.2026, 14:18 CƏMİYYƏT
-
"İCMAL" informasiya sistemi ilə bağlı dəyişik edilir - DETALLAR
21.04.2026, 13:57 CƏMİYYƏT