Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
GÜNDƏM
10.03.2026, 12:20
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlənib.
Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununu imzalayıb.
Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılıb. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilib.
Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Konstitusiya Qanununda dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi adlı 5-ci maddənin çıxarılmasıdır.
Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, hissə II).
Bundan başqa, sənəddə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).
Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).
Sənədə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).
Digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).
Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).
Sənəddə həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).
Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
Həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-da azərbaycanlı həbs olunub
15.04.2026, 23:52 CƏMİYYƏT
-
"Akinak" tarixi bədii filminin premyerası keçirilib
15.04.2026, 21:59 MƏDƏNİYYƏT
-
Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb
15.04.2026, 21:49 DÜNYA
-
Yasamalda yanğın olub - VİDEO (Yenilənib)
15.04.2026, 19:53 CƏMİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi: "Hadisə bizi dərindən kədərləndirdi"
15.04.2026, 19:39 GÜNDƏM
-
Qazaxıstan Ədalət Akademiyasının rektoru Azərbaycan Ali Məhkəməsində olub
15.04.2026, 19:21 CƏMİYYƏT
-
Türkiyədə daha bir liseyə silahlı hücum olunub - 8 şagird, 1 müəllim ölüb, 16 yaralı var (Yenilənib)
15.04.2026, 18:56 KRİMİNAL
-
Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO
15.04.2026, 18:09 ŞOU-BİZNES
-
771 minlik qalmaqal - İradə Aşumova ilə tələbəsi Baş İdarənin sabiq rəisinin məhkəməsinə məcburi gətirildi
15.04.2026, 18:04 KRİMİNAL
-
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub
15.04.2026, 17:47 SİYASƏT
-
Onların maaşı artdı - Baş nazirdən qərar
15.04.2026, 17:40 İQTİSADİYYAT
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
15.04.2026, 17:32 CƏMİYYƏT
-
Tahir Budaqovla bağlı daha bir qərar verildi
15.04.2026, 17:27 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi - FOTOLAR
15.04.2026, 17:17 CƏMİYYƏT
-
Pakistan rəsmiləri Tehrana gedir – İran XİN açıqladı
15.04.2026, 17:05 DÜNYA
-
Həbsdə olan keçmiş partiya sədri yeni vəkillə müqavilə imzaladı
15.04.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.04.2026, 17:00 İQTİSADİYYAT
-
Dövlət Agentliyinə yeni rəis təyin edilib
15.04.2026, 16:59 GÜNDƏM
-
Regional Təhsil İdarələrində müavin təyinatları oldu
15.04.2026, 16:54 CƏMİYYƏT
-
Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?
15.04.2026, 16:41 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişdi - Prezident təsdiqlədi
15.04.2026, 16:30 GÜNDƏM
-
Paşinyan Azərbaycandan alınan neftdən danışdı: "Niyə 8 il?"
15.04.2026, 16:13 SİYASƏT
-
RUSİYA GERİ ÇƏKİLDİ - Azərbaycana kompensasiya ödəniləcək
15.04.2026, 16:02 GÜNDƏM
-
DİM yeni imtahanlar barədə açıqlama yaydı
15.04.2026, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
15.04.2026, 15:28 GÜNDƏM
-
Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15.04.2026, 15:18 SİYASƏT
-
"Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağıdır"
15.04.2026, 15:12 SİYASƏT
-
İran gəmiləri Hörmüz boğazından keçib
15.04.2026, 15:01 GÜNDƏM
-
Mərkəzi Bank bu şirkətləri cərimələdi
15.04.2026, 14:45 İQTİSADİYYAT
-
"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - "Tamstore"dan şikayət + AÇIQLAMA
15.04.2026, 14:35 İQTİSADİYYAT
-
General tanınmış idmançının rütbəsini artırıb
15.04.2026, 14:25 CƏMİYYƏT
-
ƏRDOĞAN NETANYAHUYA SƏRT CAVAB VERDİ: “Heç kimsə bizə barmaq silkələyə bilməz” – “Biz dağları dələn dövlətik”
15.04.2026, 14:12 GÜNDƏM
-
"Rabitəbank" 3 ayda 5 milyon manat qazandı
15.04.2026, 13:49 İQTİSADİYYAT
-
"Ağızlarına nə gəldi danışırlar" - Siyavuş Kərimi + VİDEO
15.04.2026, 13:24 MƏDƏNİYYƏT