"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib

"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib

CƏMİYYƏT

07.03.2026, 15:32

"Azəriqaz" İstehsalat Birliyi vətəndaşa 3 444.4 manat məbləğində borcun ödənilməsi üçün akt tərtib edib.

İddiaçı tərəf borcun silinməsi üçün məhkəməyə müraciət edib.

İddiaçı iddiasını onunla əsaslandırıb ki, İB tərəfindən hesablanan borc 2016-cı ildə vəfat edən atasının adınadır. Vətəndaş ona görə də hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilib və vətəndaşın üzərinə qoyulan 3 444.4 manat borc silinib./Oxu.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR