Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayıb - MƏTN
GÜNDƏM
06.03.2026, 18:12
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Mia.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hikmət Hacıyev Ermənistan QHT rəhbərləri görüşdə: "Sülh gündəliyi üzrə..." - FOTOLAR
Bugün, 14:57 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 13:10 CƏMİYYƏT
-
Sosial şəbəkələrin “Enoor”u... - İnsan alveri maddəsi ilə həbs edildi
Bugün, 12:16 KRİMİNAL
-
Tərtərdə dönərdən zəhərlənənlər var
Bugün, 12:08 CƏMİYYƏT
-
Livan və İsrail arasında Vaşinqtonda ilk təmas: nələr ola bilər? - TƏHLİL
Bugün, 11:32 SİYASƏT
-
Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir
Bugün, 11:12 İQTİSADİYYAT
-
GENERALIN 2.8 MİLYONLUQ SEXİ MÜSADİRƏ EDİLDİ - Detallar (FOTOLAR)
Bugün, 11:04 İQTİSADİYYAT
-
İslamı dünyaya sevdirən film: “The Message” - Səhrada doğulan ilahi səs...
Bugün, 10:47 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti 5 dollar ucuzlaşdı
Bugün, 10:39 İQTİSADİYYAT
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə: şərti terrorçu zərərsizləşdirilib, qrup rəhbəri ələ keçirilib - VİDEO, FOTOLAR
Bugün, 10:11 GÜNDƏM
-
Prezident İlham Əliyev Gürcüstanda xatirə kitabına nə yazıb? - VİDEO
Bugün, 09:29 GÜNDƏM
-
İranın 80-dən çox heyətlə Pakistana yollanıb
Bugün, 09:15 DÜNYA
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
Şahbaz Şərif: “İslamabadda İran danışıqları həlledici andır, ya ölüm, ya qalım…”
10.04.2026, 23:15 GÜNDƏM
-
Füzuli Məmmədov Mia.az-ın suallarını cavablandırdı: "3:1-dən sonra artıq oyun bizim idi" - VİDEO
10.04.2026, 20:23 İDMAN
-
Azər Bağırov: "Məğlubiyyətin səbəbi psixoloji amillərlə də bağlıdır" - VİDEO
10.04.2026, 19:45 İDMAN
-
Ermənistan QHT rəhbərləri Azərbaycanda: dəyirmi masa keçirilib - FOTOLAR (Yenilənib)
10.04.2026, 19:13 SİYASƏT
-
Pakistan batmaq üzrə ola gəmidən 18 heyət üzvünü xilas edib
10.04.2026, 19:04 DÜNYA
-
SOCAR prezidenti müsabiqə qalibləri ilə görüşüb
10.04.2026, 19:02 İQTİSADİYYAT
-
Qaradağda əməliyat: iki nəfər 42 kq narkotiklə tutulub
10.04.2026, 18:01 KRİMİNAL
-
Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - FOTOLAR
10.04.2026, 17:39 GÜNDƏM
-
AAYDA-nın sabiq sədri məhkəmədə Vasif Talıbovun oğlunu "hədəf taxtası"na qoydu: "Pullar ona çatdırılırdı"
10.04.2026, 17:31 İQTİSADİYYAT
-
Əli Əsədov İqtisadi Şura üzvlərini yenə topladı - Nələr müzakirə edilib?
10.04.2026, 17:25 İQTİSADİYYAT
-
"Karvan-Yevlax" - "Kəpəz" oyunu: 5 qol var (Yenilənib)
10.04.2026, 17:24 İDMAN
-
Ölkədə güclü külək əsəcək - Xəbərdarlıq
10.04.2026, 17:14 GÜNDƏM
-
VİTSE-PREZİDENT İSLAMABADA YOLA DÜŞDÜ: “Əgər bizi oyalamağa çalışsalar…”
10.04.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
10.04.2026, 17:00 İQTİSADİYYAT
-
Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu - FOTO
10.04.2026, 16:56 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal - Direktor azadlığa çıxdı (Yenilənib)
10.04.2026, 16:45 SİYASƏT
-
Rayonlarda yağış güclənəcək - Xəbərdarlıq
10.04.2026, 16:36 CƏMİYYƏT
-
Türk azarkeşləri Luçeskunun dəfn mərasimində Fatihə oxudular – FOTOLAR
10.04.2026, 16:20 İDMAN
-
Vüsal Şilderin qətli: Xəyal Əlizadə 13 sonra Azərbaycana gətirildi
10.04.2026, 16:10 KRİMİNAL
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
10.04.2026, 15:58 CƏMİYYƏT