Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib

SİYASƏT

06.03.2026, 16:38

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirib ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR