Qətər və Səudiyyə Ərəbistanı Azərbaycana hücumu pislədi - Bəyanat (Yenilənib)
SİYASƏT
05.03.2026, 14:42
Qətər Dövləti İranın Azərbaycanın Naxçıvan hava limanına hücumunu pisləyib.
Mia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdi və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir: "Bu düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir. İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyini və sabitliyini pozan bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır. Nazirlik Qətər Dövlətinin qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini vurğulayır".
***
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.
"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu, həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.
Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir. Həmçinin onların gərginliyin qarşısını almaq, regionda təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda internat məktəbinin yataqxanasında yanğın - VİDEO
Bugün, 09:08 CƏMİYYƏT
-
Dünyada analoqu olmayan məhkəmə prosesi: 400 məhkum eyni anda iclasa çıxarıldı – 47 min cinayətdə ittiham olunurlar
Bugün, 08:55 KRİMİNAL
-
Ankarada hərbi helikopter qəzaya uğradı
Bugün, 01:17 GÜNDƏM
-
Tramp “İranla atəşkəs müddətini uzadıram” dedi - Tehran isə "Biz bunu qəbul etmirik” cavabını verdi
Bugün, 00:56 GÜNDƏM
-
Rəsmi Tehran: “İran həmlələrə qarşı necə davranacağını çox yaxşı bilir”
Bugün, 00:46 GÜNDƏM
-
“İranın heyəti İslamabada getməyəcək”
Bugün, 00:15 GÜNDƏM
-
TƏBİB-in müşavirləri: onlar ayda 15 min manat maaş alırmış? + FOTO
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Tramp İranın dini liderinə xahiş etdi: “Xahiş edirəm, onlara zərər verməyin”
21.04.2026, 23:51 GÜNDƏM
-
Ankara Universitetində dava - Ülkücülər etiraz edən tələbələri döyüb
21.04.2026, 23:32 KRİMİNAL
-
AAYDA-da maliyyə nöqsanları aşkarlandı - Yoxlama
21.04.2026, 23:25 İQTİSADİYYAT
-
Qətər: Hörmüz boğazı böhranı davam edərsə, regional problemdən qlobal problemə çevriləcək
21.04.2026, 23:03 DÜNYA
-
"Vensin hələ də Vaşinqtondadır"
21.04.2026, 22:54 DÜNYA
-
"Bayern Münhen" Entoni Qordon ilə maraqlanır
21.04.2026, 22:46 İDMAN
-
"Arsenal" gənc oyunçu ilə müqavilə imzalayıb
21.04.2026, 22:31 İDMAN
-
"Qaziantep FK" yeni baş məşqçi ilə anlaşıb
21.04.2026, 22:10 İDMAN
-
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21.04.2026, 20:23 GÜNDƏM
-
Bakıda məktəblii saxlanılıb
21.04.2026, 17:30 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.04.2026, 17:00 İQTİSADİYYAT
-
TRAMP SAVAŞ ZƏNGİ ÇALIR: “Atəşkəs uzadılmayacaq, ya anlaşacaqlar, ya da…”
21.04.2026, 16:52 GÜNDƏM
-
İtaliyanın Baş naziri Azərbaycana gələcək
21.04.2026, 16:45 GÜNDƏM
-
Prezident məhkəmə hakimləri barədə fərman verdi - Güzəşt olunacaq
21.04.2026, 16:24 GÜNDƏM
-
MAŞINLARIN SIĞORTA QAYDASI DƏYİŞİR: "bonus-malus" sistemi ləğv edilir, əvəzində... - DETALLAR
21.04.2026, 16:19 İQTİSADİYYAT
-
Yeni tibb saytı fəaliyyətə başlayıb - klinik.az
21.04.2026, 16:12 PRESS
-
Qırmızı Bazar qəsəbəsinə daha 74 nəfər köçürülüb
21.04.2026, 16:02 GÜNDƏM
-
Məşhur iş adamına məxsus şirkətin borcu artıb
21.04.2026, 15:54 İQTİSADİYYAT
-
Nazir Elnur Abbasquliyevi yeni vəzifəyə təyin edib
21.04.2026, 15:50 MƏDƏNİYYƏT
-
"ADY-nin əməkdaşlarını cərimə batalyonu kimi doldurublar metroya" - "Aylığa oturdulan medianı sayan var ki..."
21.04.2026, 15:44 GÜNDƏM
-
Elvin Cəfərquliyevlə Abbas Hüseynov "Qarabağ"dan yola salınır
21.04.2026, 15:26 İDMAN
-
Belçika XİN: “İsrailin Livandakı əməliyyatları qəbuledilməzdir”
21.04.2026, 15:16 DÜNYA
-
Bakı metrosuna giriş açıldı (Yenilənib)
21.04.2026, 15:08 GÜNDƏM
-
Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm - Açıqlama
21.04.2026, 15:03 GÜNDƏM
-
Tərifli göz həkimindən göz dağı: qəbulunda nələr gördüm? - Aynur Camal “Baku Medikal Plaza”dakı neqativ hallardan yazdı
21.04.2026, 14:50 CƏMİYYƏT
-
“Beşiktaş”ın prezidenti: “Sergen Yalçın kimi istədisə, aldıq”
21.04.2026, 14:28 İDMAN