Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik

Prezident İlham Əliyev  "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik

İQTİSADİYYAT

05.03.2026, 12:58

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişikliyi imzalayıb.

Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edilib. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR