Birinə 550, digərinə 1800 manat... - "Azəriqaz"da eyni vəzifə, fərqli maaş və...
CƏMİYYƏT
16.02.2026, 09:12
"Azəriqaz”ın rayon və şəhər qaz istismar sahələrində çalışan əməkdaşların əmək şəraiti ilə bağlı şikayətlər artır.
Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.
Onun sözlərinə görə, hazırda qaz sayğaclarının göstəricilərinin oxunması, təbii qaza görə yaranmış debitor borcların yığılması, qaz sayğaclarının əvəzlənməsi və digər ağır işlərdə çalışan çilingər və texniki işçilər ayın son 10 günü ərzində, habelə istirahət və bayram günləri olmasına baxmayaraq, mütəmadi şəkildə işə cəlb edilirlər: "Təəssüf ki, həmin günlərdə görülən işlərə görə əməkdaşlara əlavə əməkhaqqı, gün və ya saat hesablanmır və bu da əmək qanunvericiliyinin tələblərinə ziddir".
Komitə sədri yazır ki, Azəriqaz işçiləri bunu nəzərə alaraq, aşağıdak məsələlərin həllini xahiş edir:

MİRVARİ QƏHRƏMANLI
"• İşçilərin istirahət və bayram günlərində işə cəlb edilməsi yalnız qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilsin;
• Həmin günlər üçün əlavə əməkhaqqı və ya istirahət günü təmin edilsin;
• Əməkdaşların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görülsün;
Ümid edirik ki, müraciətimiz diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".
M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” İB üzrə qaz avadanlıqlarının bərpası və təmiri üzrə ümumilikdə 2568 nəfər çilingər fəaliyyət göstərir və onların 2026-cı ilin yanvar ayı üzrə orta aylıq əməkhaqqısı təxminən 550–600 AZN olub:
"Bununla yanaşı, 104 Növbə Xidmətində çalışan usta-çilingər heyətinin orta aylıq əməkhaqqısı 1 500–1 800 AZN olmuşdur ki, bu da digər eyni ixtisaslı işçilərlə müqayisədə ciddi əməkhaqqı fərqi yaratmışdır. Eyni zamanda, “yeni əməliyyat modeli və təkmilləşdirmə” adı altında həyata keçirilən struktur dəyişiklikləri zamanı, rayonlar da daxil olmaqla şəhər qaz istismar sahələrində fəhlə kateqoriyasına aid yerli telefon rabitəçiləri (rabitəçi) ştatları ləğv edilərək, onların əvəzinə isə 460 usta ştatı yaradılıb. Nəticədə həmin 460 usta ştatı üzrə yalnız 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 760 000 manat əməkhaqqı hesablanıb ki, bu da müəssisə üzrə əməkhaqqı balansında ciddi disproporsiya yaradıb...".
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Bugün, 12:25 CƏMİYYƏT
-
TƏK ƏL HƏRƏKƏTİ, SİFƏT CİZGİLƏRİ DEYİL, DANIŞIQ TƏRZİ, SƏS TONU DA TƏQLİDDİR... - Putinin tərcüməçisi dünyanın gündəmində (VİDEO)
Bugün, 12:10 GÜNDƏM
-
Sabah dağlıq ərazilərində qar yağacaq
Bugün, 12:06 CƏMİYYƏT
-
Gəlir vergisinin dərəcələri belə artırılır - YENİ QAYDALAR
Bugün, 11:59 İQTİSADİYYAT
-
Yavuz Bingöl əməliyyat olunub
Bugün, 11:50 MƏDƏNİYYƏT
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bugün, 11:26 KRİMİNAL
-
"Media təkcə informasiya məkanı deyil, eyni zamanda..." - Daha bir deputat mediaya vəsaitin artırılma məsələsini qaldırdı
Bugün, 11:18 SİYASƏT
-
Türkiyəli aktrisa Fransada ev aldı: "Ölkəmdən getmək niyyətində də deyiləm"
Bugün, 11:14 MƏDƏNİYYƏT
-
YAXIN ŞƏRQİN GƏLƏCƏYİNİ DƏYİŞƏCƏK YENİ PLAN HAZIRLANIR - "Heç bir ölkənin iki ordusu ola bilməz"
Bugün, 11:06 DÜNYA
-
"Sözcü TV" və "Sözcü" qəzetinin binasında əməliyyat: "Kölgə adam"ın oğlu nədə ittiham olunur?
Bugün, 10:55 PRESS
-
"Azərbaycan futbolu “istedadlı dələduzlar”ın inhisarındadır" - Natiq Muxtarlı yazır
Bugün, 10:28 YAZARLAR
-
2027-ci ilin "Qremmi Mükafatları"na namizədlər - SİYAHI
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Təcili Tibbi Yardım Mərkəzində "intriqa" iddiaları: Şöbə müdiri istefa verdi, digərləri də gedir
Bugün, 10:17 CƏMİYYƏT
-
Azərbaycanda siqaret yenə bahalaşacaq
Bugün, 10:08 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qyməti 98 dollara endi
Bugün, 10:03 İQTİSADİYYAT
-
Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib -FOTOLAR
Bugün, 10:00 GÜNDƏM
-
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç olub
Bugün, 09:29 GÜNDƏM
-
"AZƏRİQAZ"ın DAHA BİR İDARƏSİ TAMAMİLƏ LƏĞV OLUNUR - Yanvarın 1-dən...
Bugün, 09:21 CƏMİYYƏT
-
Vaxtilə Türkiyə klubunda top qovan futbolçu Almaniya liderliyinə namizəd oldu - Bertold prezident ola biləcəkmi?
Bugün, 09:12 GÜNDƏM
-
Bülent Arınç Ərdoğandan vəzifə istədi
Bugün, 09:03 SİYASƏT
-
Türkiyədə deputatın daha 9 yaxını saxlanıldı - Aralarında millinin keçmiş oyunçu da var
Bugün, 00:16 SİYASƏT
-
Tomas Frank "Kristal Palas"ın baş məşqçisi oldu
Bugün, 00:09 İDMAN
-
Ermənistan dövlət televiziyasında əlbəyaxa dava - Jurnalistlə politoloq canlı yayımda bir-birlərini yumruqladı
Bugün, 00:04 PRESS
-
Lukaku Belçika yığması ilə vidalaşdı - AÇIQLAMA
Bugün, 00:03 İDMAN
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bugün, 00:01 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa İttifaqının rəsmisi ilə müzakirə aparıb
16.11.2026, 23:14 SİYASƏT
-
Bakıxanovdakı "Gülüstan parkı"nda yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib - VİDEO
16.11.2026, 22:33 CƏMİYYƏT
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
16.11.2026, 22:28 İDMAN
-
Terminallarda 500 AZN-dən artıq məbləğdə pul köçürməsinə yeni qadağalar gəldi - Nələr etməlisiniz?
16.11.2026, 21:44 İQTİSADİYYAT
-
İmran Xan ölümlə üz-üzə qalıb: "Hər gün 22 saat "kars"da saxlanılıram, gec olmadan ədalət istəyirəm"
16.11.2026, 21:02 DÜNYA
-
İstanbulda bələdiyyə sədr əvəzi CHP-dən istefa verdi
16.11.2026, 20:46 SİYASƏT
-
Azərbaycan Radiosunun 100, AzTV-nin isə 70 illik yubileyi... - “Yubiley gecəsi” konsert proqramı təşkil olunub + FOTOLAR
16.11.2026, 20:37 MƏDƏNİYYƏT
-
ABŞ və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
16.11.2026, 19:03 GÜNDƏM
-
BAKI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
16.11.2026, 18:19 CƏMİYYƏT