"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
CƏMİYYƏT
14.11.2025, 11:46
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.
Məlumata görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.
Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.
Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.
Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:
"Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz".
Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda üç sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:
"Pul yemək frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".
Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.
Vəkil ekspertdən İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "Şərəfi və layəqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?" ifadəsinin təhqir olub-olmadığını soruşub.
Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.
"Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?", - vəkil Asim Abbasov ekspertdən soruşub.
Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.
Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona videomaterialların təqdim olunmasına qərar verib.
Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.
Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.
Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün noyabrın 20-dək təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:15 CƏMİYYƏT
-
Ağdamda minalanmış ərazidə yanğın olub
Bugün, 12:09 GÜNDƏM
-
"İndiki dövrdə heç kimin çörəksiz qalmasını arzulamaram, lakin..." - Naxçıvan Ali Məclis sədrinin keçmiş birinci müavini elə şeylər yazdı ki...
Bugün, 12:05 SİYASƏT
-
Cenk Sümer: "Yuri Vernidubun bizdən xüsusi istəkləri olmadı"
Bugün, 11:39 İDMAN
-
Xocavəndin minalanmış ərazisində yanğın başlayıb
Bugün, 09:30 GÜNDƏM
-
DÇ-2026: 10 qollu matç və ingilislərin qələbəsi...
Bugün, 08:32 GÜNDƏM
-
XİN: Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb
18.07.2026, 18:06 GÜNDƏM
-
İran Küveytin neft, enerji və su infrastrukturuna ağır zərbələr endirib (Yenilənib)
18.07.2026, 15:47 DÜNYA
-
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib - FOTOLAR
18.07.2026, 14:19 MƏDƏNİYYƏT
-
Güclü külək əsəcək - Xəbərdarlıq
18.07.2026, 14:01 GÜNDƏM
-
Anar Ələkbərov, Leyla Əliyeva və rəsmilər Macarıstanda - FOTOLAR
18.07.2026, 13:04 MƏDƏNİYYƏT
-
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
18.07.2026, 10:53 CƏMİYYƏT
-
ABŞ-ın Bəhreyndəki mühüm hərbi obyektləri vurulub
18.07.2026, 10:36 GÜNDƏM
-
Azərbaycan neftinin qioyməti 91 dolları ötüb
18.07.2026, 10:09 İQTİSADİYYAT
-
İran Səudiyyə Ərəbistanı və Küveytə zərbə endirib
18.07.2026, 08:33 GÜNDƏM
-
ABŞ və İran orduları bir-birlərinə zərbələr endirir
18.07.2026, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18.07.2026, 00:03 CƏMİYYƏT
-
Mikayıl Cabbarov Özbəkistanda - Şavkat Mirziyoyevlə fikir mübadiləsi aparılıb
17.07.2026, 21:10 İQTİSADİYYAT
-
Şirkətlər 256 milyon manatı "Bank Respublika"dan geri çəkib
17.07.2026, 19:50 İQTİSADİYYAT
-
İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər
17.07.2026, 18:55 İQTİSADİYYAT
-
Seda Sayandan qadınlara məsləhət: “Ərinizin subay dostunu evə soxmayın”
17.07.2026, 18:25 ŞOU-BİZNES
-
KTN: III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17.07.2026, 18:07 İQTİSADİYYAT
-
Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?
17.07.2026, 17:59 İDMAN
-
Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan birgə hərbi təlim keçirəcək
17.07.2026, 17:50 GÜNDƏM
-
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modeli... - Əli Əsədov qərar imzaladı
17.07.2026, 17:40 GÜNDƏM
-
Baş nazir "Peşəkar mühasib" sertifikatının verilməsi barədə qərar imzalayıb
17.07.2026, 17:20 İQTİSADİYYAT
-
FİFA “Səbail”ə transfer qadağası qoyub
17.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
17.07.2026, 17:00 İQTİSADİYYAT
-
Kılıçdaroğlu və Özəl Dəniz Baykalın xanımının dəfnində: tərs baxışlar, gərilən sifətlər... - FOTOLAR
17.07.2026, 16:56 SİYASƏT
-
II və III ixtisas qrupları üzrə imtahan cavabları elan edildi - Ən yüksək bal toplayanlar kimlərdir?
17.07.2026, 16:42 GÜNDƏM
-
Energetika Nazirliyi son 6 ayın neft-qaz göstəricilərini açıqladı - Hesabat
17.07.2026, 16:29 İQTİSADİYYAT
-
"Elektron iştirakçılıq" altsistemi yaradılıb - Fərman
17.07.2026, 16:26 GÜNDƏM
-
Prezident gömrüklə bağlı qanuna dəyişiklik etdi
17.07.2026, 16:20 İQTİSADİYYAT
-
Fərəh Əliyeva: "Yüksəliş" uğurlu insanların bir-biri ilə yarışdığı platformadır"
17.07.2026, 16:15 CƏMİYYƏT