İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
GÜNDƏM
14.11.2025, 11:19
Azərbaycan Prezidenti İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdən salamlayıram.
Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.
Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.
Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.
Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.
Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.
Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.
Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir.
Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdən salamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrlə yekunlaşmasını arzulayıram!".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gəncədə qidadan kütləvi 10 nəfər zəhərlənib - SİYAHI
Bugün, 19:14 CƏMİYYƏT
-
Türkiyədə məşhur müğənni saxlanılıb
Bugün, 18:00 MƏDƏNİYYƏT
-
Bu gün qəbul imtahanları keçirilib - 12 nəfərdə mobil telefon aşkarlanıb (Yenilənib)
Bugün, 13:20 GÜNDƏM
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
Bugün, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
Bugün, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın cütləri bəlli oldu
Bugün, 09:11 İDMAN
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
Bugün, 08:25 İDMAN
-
Hacı Kərimov Avropa çempionu olub
Bugün, 00:07 İDMAN
-
"Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var" - Prezident Xocavənddə + FOTOLAR
11.07.2026, 19:46 GÜNDƏM
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
11.07.2026, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
11.07.2026, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
11.07.2026, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
11.07.2026, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
11.07.2026, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
11.07.2026, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
11.07.2026, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
11.07.2026, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
11.07.2026, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
11.07.2026, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
11.07.2026, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
11.07.2026, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.07.2026, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT