İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
GÜNDƏM
12.11.2025, 12:48
Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.
Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.
Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.
Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM
-
"Fənərbağça" - "Roma" matçı: "qara bazar"da bilet satanlar saxlanılıb
Bugün, 00:26 İDMAN
-
Keçmiş baş nazir Ərdoğanı oğlunun toyuna dəvət etdi
Bugün, 00:19 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya
Bugün, 00:12 SİYASƏT
-
"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...
Bugün, 00:08 İDMAN
-
ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: iki oyunda qapılara 10 qol vuruldu
09.09.2026, 22:52 İDMAN
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
09.09.2026, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
09.09.2026, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
09.09.2026, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
09.09.2026, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
09.09.2026, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
09.09.2026, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
09.09.2026, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
09.09.2026, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
09.09.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
09.09.2026, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
09.09.2026, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
09.09.2026, 16:01 SİYASƏT
-
"Samsunspor"da ayrılıq olub
09.09.2026, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
09.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
09.09.2026, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
09.09.2026, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
09.09.2026, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
09.09.2026, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
09.09.2026, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
09.09.2026, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
09.09.2026, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
09.09.2026, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
09.09.2026, 13:18 SİYASƏT