BMT-dən xəbərdarlıq: "Qəzzada partlamamış hərbi sursatlar təhlükə saçır"

BMT-dən xəbərdarlıq: "Qəzzada partlamamış hərbi sursatlar təhlükə saçır"

DÜNYA

15.10.2025, 00:37

"Qəzzada atəşkəsdən sonra evlərinə qayıtmağa can atan qəzzalılar tədbirli olmalıdırlar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT baş katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bölgədə saysız partlamamış mina və döyüş başlıqları var: "Bu səbəbdən insanlar evlərinə tədbirsiz girməməli, ərazi taranmalı və daha sonra yaşayış məkanlarına dönüş təmin edilməlidir. Çünki o partlamamış sursatlar böyük təhlükələr vəd edir".

Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR