Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
GÜNDƏM
08.10.2025, 11:06
Londonda yerləşən tarixi Marlboro Sarayında "Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr" adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.
Mia.az xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib.
O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb.
Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb: "Təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır".
COP29-un Sədri və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb və bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025–2035-ci illəri əhatə edən "Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı" üzərində işləyir.
O, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.
Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib.
O, həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib.
Muxtar Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.
Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb.
O bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.
Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib.
O, COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.
"Whale Guardians" təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.
Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.
Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.
Tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib.
Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Osimhen Lamine Yamalın qolundan tutaraq bacısı ilə şəkil çəkdirməyə aparıb - FOTOLAR
Bugün, 11:22 İDMAN
-
"Hyundai Sonata" 9 minə, "Chevrolet Niva" 7800 manata... - Daha 155 nəqliyyat vasitəsi özəlləşdirildi
Bugün, 11:06 İQTİSADİYYAT
-
Röya Ayxan məktəbli geyimindən yazdı: "Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
Bugün, 10:59 MƏDƏNİYYƏT
-
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:31 GÜNDƏM
-
Media və Yayım Şurasından bəyanat: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib"
Bugün, 10:25 SİYASƏT
-
Azərbaycan ordusunun ilk qadın snayperi vəfat edib
Bugün, 10:17 CƏMİYYƏT
-
Husilər Səudiyyə Ərəbistanını "can damarı"ndan vurdu
Bugün, 10:08 DÜNYA
-
Halk TV-yə qəyyum təyin edildi, yayım dayandırıldı
Bugün, 10:00 PRESS
-
Azərbaycan nefti 4 dollar ucuzlaşdı
Bugün, 09:24 İQTİSADİYYAT
-
Çempionlar Liqası: 9 oyun keçirilib, hansı komandalar qalib gəlib?
Bugün, 09:16 İDMAN
-
Xarici haker qruplaşması Azərbaycanda 100-dən artıq dövlət domenini hədəfə alıb
Bugün, 09:05 PRESS
-
Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya 4 qolla məlub oldu
Bugün, 00:51 İDMAN
-
Dünyaca məşhur aktyor özündən 29 yaş balaca sevgilisi ilə göründü - FOTOLAR
Bugün, 00:48 ŞOU-BİZNES
-
Polşa XİN başçısından Moskvaya çox sərt xəbərdarlıq: "...bunun üçün cəsədlərimizi çeynəməlisiniz" - "Rusiyanın gücü göründüyü qədər böyük deyil"
Bugün, 00:25 GÜNDƏM
-
Türkiyədə 69 yaşlı yazıçının qoluna qandal taxdılar - İŞİD-mi ittihamı ilə
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Danimarka və Almaniyanı birləşdirən tunel tikintisinə kiberhücum oldu
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Papa XIV Leo xəstəxanaya yerləşdirildi: "Düzünü desəm, narahatam, çünki..."
13.10.2026, 22:55 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" tarixi qələbə qazandı (Yenilənib)
13.10.2026, 22:45 İDMAN
-
Ankaradan gələn "fərman"a Bakıdan sərt cavab – Kimsə Sultan deyil, Türkiyə də Osmanlı…
13.10.2026, 22:43 GÜNDƏM
-
Trampın keçmiş gəlini vəzifədən azad edildi - Açıqlamalar
13.10.2026, 21:13 DÜNYA
-
Trampdan Rusiya ilə Ukrayna arasında son anlaşmaya reaksiya: "Hər iki tərəf atəşkəsi pozub"
13.10.2026, 20:54 GÜNDƏM
-
Naxçıvanda maraqlı təbiət hadisəsi... - FOTOLAR
13.10.2026, 19:28 GÜNDƏM
-
Rıdvan Dilmendən "Qalatasaray" - "Barselona" matçı ilə bağlı proqnoz: "Onlar ən azı 2-3 dəqiq qol imkanına sahib olacaq"
13.10.2026, 19:20 İDMAN
-
UEFA Fatih Terimə vəzifə verdi
13.10.2026, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
13.10.2026, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
13.10.2026, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
13.10.2026, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
13.10.2026, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
13.10.2026, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
13.10.2026, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
13.10.2026, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
13.10.2026, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
13.10.2026, 17:23 İDMAN