Qarabağdan sonrakı dövrün strateji problemləri…
YAZARLAR
08.10.2025, 09:55
Samir Feyruzov
***
Azərbaycan 30 il ərzində bütün dövlət siyasətinin mərkəzinə çevrilmiş bir problemi - Qarabağ məsələsini tarixin aktiv fazasından çıxarmağa nail olub. Lakin Qarabağ probleminin həlli ölkənin strateji gündəliyini dəyişməklə yanaşı, yeni strateji reallıqları və riskləri də üzə çıxarmış oldu. Qarabağ problemi ölkənin varlığını təhdid edən əsas strateji məsələ idisə, bu gün onun yerini Qarabağ məsələsi qədər dərin problemlər tutmaqdadır.
“Post-münaqişə dövrü”ndə Azərbaycanın strateji prioritetlərinin mərkəzindəki məsələlərdən bir neçəsinə baxış:
1. İdeoloji vakuum…
Qarabağ məsələsi uzun illər xalqı birləşdirən milli ideya rolunu oynayırdı. Bəs, bu gün hansı ideologiya həmin boşluğu doldurur? Bu, Azərbaycanın ideoloji vakuumu ilə bağlı çox səthi şəkildə müzakirə olunan və yaxud müzakirə olunmayan məsələlər sırasında yer alır. Halbuki qələbə emosiyasının dayanıqlı milli ideologiyaya çevrilməsi əsas strateji məsələlərdən biri olmalı idi. Bəli, “türk dünyası ilə birləşmə və milli kimliyin dərinləşməsi” prosesini bu ideoloji boşluğu dolduran əsas faktorlardan biri hesab etmək olar. Lakin kənar ideoloji-siyasi cərəyanların, eləcə də radikal təriqətlərin ölkədə mütəşəkkil şəkildə güclənməsi bu ideoloji boşluğun doldurulmasına, milli mobilizasiyasının yaranmasına və milli kimliyin dərinləşməsinə qarşı əsas təhdiddir. Əgər biz İran ideologiyasının təsirini azaldırıqsa, o zaman digər kənar təsirlərin ölkəyə sürətli axının da qarşısını almağı bacarmalıyıq. Hər kəs bu boşluğa soxulmamalıdır. Əks halda, toplananların yeri dəyişsə də, cəm - nəticə dəyişməyəcək. Əslində Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə inauqurasiya (andiçmə) nitqində “ideoloji risklər”, “ideoloji bütövlük” kimi ifadələri işlətməklə mühüm tarixi tezisləri, yeni riskləri və reallıqları önə çəkmişdi. O, ölkənin birinci şəxsidir, hər kəsdən çox məlumatlıdır, ölkənin suverenliyinin memarıdır, deməli, onun heç bir ifadəsi təsadüfi ola bilməz. Bu gün tarixi-ənənəvi ideologiyanın çıxdaş edilməsi kənar ideologiyaların Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyətinin, ədəbiyyatının, dövlətçilik prinsiplərinin hədəfə alınması ilə nəticələnir. Artıq sosial şəbəkələrdə radikal şəbəkələrin rəhbərləri bütün bu addımlardan çəkinmirlər. Milli kimliyimizin-türkçülüyün dərinləşməsini əsas ideoloji-milli birliyin əsas faktoru kimi qəbul ediriksə, o zaman yad təriqətlərin ölkədə kosmik inkişafının da qarşısı alınmalıdır. Dünənə qədər yad dəyərlərdən söhbət gedərkən, əsas təhlükə ailə institutlarının və ictimai münasibətlər sisteminin dağıdılmasında idi - Qərb dəyərləri bu rolun mərkəzində dayanırdı. Bu gün isə daha mürəkkəb və strateji təhdid formalaşıb: ölkənin idarəçilik fəlsəfəsinə zidd, sistemli şəkildə formalaşan və özlərini sələfi adlandıran vəhhabilik... Onun məqsədi yalnız ideoloji təsir göstərmək deyil, həm də sosial və siyasi strukturlara nüfuz etməklə uzunmüddətli destabilizasiya yaratmaqdır.
2. Xəzər məsələsi…
Xəzər Azərbaycanın enerji strategiyasının ürəyi olmaqla yanaşı, həm də böyük güclərin tarixi maraqlarının kəsişdiyi nöqtədir. Xəzər məsələsi “post-münaqişə dövrü”ndə Azərbaycanın strateji prioritetlərinin mərkəzində olmalıdır. Təsəvvür edin, Azərbaycanın qaz və neft ixracının 90%-ə qədəri Xəzər hövzəsindən çıxarılır. Orta Dəhliz Xəzərdən keçir. 2018-ci ildə Xəzərin hüquqi statusuna aydınlıq gətirilsə də, dənizdəki sərvətlərə çıxış, nəqliyyat marşrutları və ekoloji məsuliyyət məsələləri hələ də tam həll ediməyib. Hətta bu ili sentyabr ayında Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinin vacibliyindən danışmışdı. Xəzər sürətlə kiçilir. Digər tərəfdən, Rusiya və İranın Xəzərdə güclənməsi heç kəsə sirr deyil. Xəzər iqtisadi sabitliyin əsas dayaqlarından biri olsa da, risklər də yaradır.
3. Qarabağın reinteqrasiyası…
Qarabağın reinteqrasiyası torpaqların işğaldan azad edilməsi qədər əhəmiyyətlidir. Bu istqiamətdə mühüm işlər həyata keçirilib. Lakin əhalinin oraya köçürülməsi, infrastrukturun bərpası, iş yerləri və real iqtisadi həyatın qurulması hələ də əsas strateji çağırışlardandır. Hazırda qarşıda duran əsas strateji hədəf əhalinin oraya köçürülməsi, iş yerlərinin yaradılması və yerli iqtisadiyyatın dirçəldilməsidir. Amma bu məsələyə düşüncə tərzində dəyişiklik olmadan yanaşmaq mümkün deyil. Qarabağın bərpası təkcə “qarabağlıların öz torpaqlarına qayıdışı” ideyası ilə məhdudlaşmamalıdır. Bu bölgə milli miqyasda cəlbedici sosial-iqtisadi zona kimi formalaşmalıdır. Yəni, Qarabağ elə bir inkişaf mərkəzinə və elə bir cəlbedici zonaya çevrilməlidir ki, təkcə Füzulidən, Cəbrayıldan, Ağdamdan, Laçından olanlar deyil, Bakıdan, Gəncədən, Qubadan, Şamaxıdan və s. olan insanlar da orada öz gələcəyini qurmaq istəsin. Belə olarsa, Qarabağ sadəcə bir region deyil, “ümummilli yenidənqurma modeli” kimi çıxış edə bilər. Cəmiyyətdə bəzən səslənən “Qarabağlılar gedib öz yerlərində yaşasınlar” kimi düşüncələr strateji baxışdan uzaq, qısır yanaşmadır. Dövlətin baxışı bundan qat-qat geniş olmalıdır. Reinteqrasiya uğurlu ola bilərsə, bu, həm də Azərbaycanın regiondakı güc mərkəzi rolunu daha da möhkəmləndirəcək. Yəni söhbət yalnız bərpadan deyil, yeni inkişaf fəlsəfəsinin qurulmasından gedir - bu fəlsəfə Qarabağı həm iqtisadi, həm də ideoloji baxımdan ölkənin gələcək modelinə çevirməlidir.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zakir Həsənov MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında - FOTOLAR
Bugün, 11:45 GÜNDƏM
-
BAKIDA MÖHTƏŞƏM TOPLANTI... - Prezident qonaqları qarşılayır + Fotolar
Bugün, 11:29 GÜNDƏM
-
İstanbuldakı tarixi məscidi su basdı - FOTOLAR
Bugün, 11:05 DÜNYA
-
Milan Skriniar: "Bu, utancverici idi"
Bugün, 10:49 İDMAN
-
“Dərnəgül bazarının “Abşeron” TM-ə köçürülməsi qiymətləri aşağı sala bilər” - Ekspert + VİDEO
Bugün, 10:39 CƏMİYYƏT
-
İsmayıl Kartal: "Bu hesaba görə üzr istəyirik"
Bugün, 10:19 İDMAN
-
Ceyhun Bayramovla Çin XİN başçısı müzakirə aparıb - AÇIQLAMA + FOTO
Bugün, 10:00 SİYASƏT
-
Azərbaycan nefti 124 dollara satılır
Bugün, 09:47 İQTİSADİYYAT
-
ZELENSKİ LONDONDAN TRAMPA "TOP ATDI": "Özümü xəyanətə uğramış hiss edirəm" - "Ölkəmiz biznes mövzusu deyil, Ukraynanı satmayacağıq!"
Bugün, 01:08 GÜNDƏM
-
Çempionlar Liqası: "Fənərbaxça" darmadağın edildi
Bugün, 00:58 İDMAN
-
ABŞ NƏHƏNG DRON SAVAŞINA HAZIRLAŞIR: "1,5 trilyon dollarlıq müasir komandanlıq yaradılıb" - "İran və Ukrayna müharibəsi bizə təcrübə qazandırır"
Bugün, 00:17 GÜNDƏM
-
"Qalatasaray"ın alman ulduzu sükutu pozdu: "Bu çətin günlərin öhdəsindən gələcəyik"
Bugün, 00:12 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Binəli Yıldırımdan MÜSAHİBƏ: “Azərbaycanın daxili işlərinə qarışmaq kimin həddinədir?!”– VİDEO
14.10.2026, 23:49 SİYASƏT
-
PREZİDENT ADINDAN LİDERLƏRİN ŞƏRƏFİNƏ ŞAM YEMƏYİ VERİLDİ - FOTOLAR
14.10.2026, 22:22 GÜNDƏM
-
İlham Əliyevlə Emoməli Rəhmon görüşüblər
14.10.2026, 21:34 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək
14.10.2026, 20:51 İDMAN
-
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb - FOTO
14.10.2026, 20:43 GÜNDƏM
-
İraq Baş naziri orduya əmr verdi: "Müharibəyə hazır olun"
14.10.2026, 20:38 DÜNYA
-
Hakan Fidan Bakıya gəldi
14.10.2026, 20:25 SİYASƏT
-
SOCAR-da növbəti dəyişiklik - Təyinat + FOTO
14.10.2026, 20:18 CƏMİYYƏT
-
Qətər Dövlətinin Əmiri Azərbaycana gəlib
14.10.2026, 20:07 GÜNDƏM
-
Müğənni 91 yaşında vəfat etdi
14.10.2026, 19:46 MƏDƏNİYYƏT
-
İstanbulda hava pisləşdi: ev, iş yerləri və maşınlar su altında qaldı - Məktəblərdə dərslər dayandırıldı
14.10.2026, 19:46 GÜNDƏM
-
Prezident onları da qəbul etdi - FOTOLAR (Yenilənib)
14.10.2026, 19:31 GÜNDƏM
-
İsrail Prezidenti Azərbaycanda - İlham Əliyevlə görüş oldu + FOTOLAR (YENİLƏNİB)
14.10.2026, 19:09 GÜNDƏM
-
Prezident İlham Əliyev ÇİN XİN başçısını qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
14.10.2026, 18:53 GÜNDƏM
-
ABŞ İranın iddiasını rədd etdi
14.10.2026, 17:56 DÜNYA
-
Azərbaycanda jurnalistlər hədəfdə: guya DTX-dən zəng gələcək və... - Qanunsuz tələblərə inanmayın!
14.10.2026, 17:51 GÜNDƏM
-
Saleh Səmədov azad olunur? - "Oğlu dövlətə vurduğu ziyanı tam ödəyib"
14.10.2026, 17:45 SİYASƏT
-
DOST Mərkəzlərinə yeni təyinatlar olub
14.10.2026, 17:43 CƏMİYYƏT
-
Bakıda keçmiş məmurun kürəkəni həbs olunub
14.10.2026, 17:29 KRİMİNAL
-
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
14.10.2026, 17:22 SİYASƏT
-
Tokayev də Bakıya gəldi
14.10.2026, 17:09 GÜNDƏM