"Tramp Marşrutu”, Çinin sükutu və... - TƏHLİL
SİYASƏT
13.08.2025, 16:31
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları Ağ Evin Cənubi Qafqaz siyasətində rol oynaması üçün real imkanlar yaratdı. Xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) marşrutunun (Zəngəzur dəhlizi) açılması və 99 il müddətinə ABŞ-ın nəzarətinə verilməsi Vaşinqton prizmasından ciddi uğur sayılır.
Sirr deyil ki, ABŞ üçün bu dəhliz həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Qafqaz ayağını balanslaşdırmaq baxımdan əhəmiyyətlidir. O zaman maraqlı bir sual yaranır: ABŞ aktiv şəkildə regiona daxil olarkən, əsas rəqibi Çin niyə səssizliyini qoruyur?
Çinin sükutunun səbəbi…
Çinin səssizliyinin müxtəlif izahı ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən, strateji maraqlarına toxunan məsələlərdə açıq reaksiya verməkdə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsləri qarşısında daha çox “gözləmə və qiymətləndirmə” mövqeyi tutur. Müqayisə üçün deyim ki, Rusiya və İran bunun tam tərsini edir.
Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatan versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekinə strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərindən çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırıb. Digər tərəfdən, Azərbaycan özü də hər iki marşrutun davamlılığı, hətta gələcəkdə daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər.
Gizli razılaşma
Lakin bir də məsələnin daha fərqli, subyektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razılaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsindən gedir. Transxəzər layihəsi, ya da dəhlizi həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.
Prezident İlham Əliyevin Çinə son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəddə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər.
İcrası riskli layihə…
Qeyd etdiyim kimi, uzun müddət Xəzərin statusu məsələsində fikir ayrılıqları daha qabarıq olsa da, son illərdə mübahisəli hüquqi status məsələləri artıq müəyyən qədər həllini tapıb. Məhz buna görə bu qənaətdəyəm ki, Çin üçün hüquqi manevr imkanları hazırda yaranıb.
Təbii ki, işin texniki tərəfləri var. Xəzərin dibindən optik internet kabeli artıq bəzi ölkələr arasında çəkilib. Dəmir yolu tuneli və ya sualtı qaz kəməri layihəsi də texniki baxımdan mümkündür. Düzdür, icrası kifayət qədər bahalı və risklidir, amma Çinin maliyyə və texnoloji resursları belə bir layihəni reallaşdırmaq üçün yetərlidir.
Nəzərə almaq lazımdır ki, 99 il kifayət qədər uzun bir müddətdir və Çin daha tez vaxta Transxəzər layihəsini həyata keçirib, nəzarət sahibi ola bilər. Bu zaman isə hazırda ABŞ-ın “Tramp marşrutu” fonunda etdiyini Çin edə bilər.
Azərbaycanın rolu artacaq
Çinin Rusiya ilə münasibətlərdə səmimi olduğunu düşünmürəm. Bu məsələdə balanslı görünməyə çalışan Pekin, eyni zamanda alternativ marşrutların olmasını istəyir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ olaraq Transxəzər-Orta Dəhliz (Çin–Qazaxıstan/Türkmənistan–Xəzər–Azərbaycan–Gürcüstan–Avropa) marşrutu Çinin strateji ehtiyat planıdır. Əslində, Rusiya-Ukrayna müharibəsi bu marşrutun əhəmiyyətini bir daha göstərdi.
Azərbaycan üçün isə belə bir razılaşma həm geosiyasi statusunu gücləndirir, həm də ölkəni regionun enerji və informasiya tranziti baxımından mərkəzə çevirir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Əgər Transxəzər marşrutu reallaşarsa, bu, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər infrastruktur xətləri ilə inteqrasiya olunaraq Azərbaycanın qlobal logistika şəbəkəsində rolunu artırar.
Azərbaycan yeni titul qazanacaq
Burada Azərbaycanın da nə etmək istədiyini anlamaq lazımdır. Aydın məsələdir ki, Bakı nə Qərbdən, nə Rusiyadan, nə ABŞ-dan, nə də Çindən asılı olmaq istəyir. Əksinə, bu güclərin maraqlarını ölkənin tranzit üstünlükləri üzərində balanslaşdırmağa çalışır. Zəngəzur dəhlizinin açılması da bu strategiyanın bir hissəsidir. Başqa cür desək, Ermənistanla normallaşma, Türkiyə ilə əlaqələrin dərinləşməsi, İranla ehtiyatlı əməkdaşlıq və Çinə yeni marşrutlar təqdim etməklə Azərbaycan özünü regionun geosiyasi “dəhliz lideri” kimi formalaşdıra bilər.
Hər halda Transxəzər layihəsi hazırda yalnız ideya və diplomatik hazırlıq mərhələsində ola bilər, lakin əgər Çin qərar verərsə, bu layihənin reallaşması üçün texniki və maliyyə resursları təmin edilə bilər. Onu da deyim ki, bu cür strateji layihələr qısamüddətli nəticələrə hesablanmır.
Azərbaycanın diplomatik çevikliyi, geosiyasi mövqeyi və enerji-logistika potensialı bu layihənin mərkəzi halqasına çevrilməsinə imkan verir. Çinin səssizliyi isə, bəlkə də, bu razılaşmanın artıq masada olduğunu, lakin açıqlanmadığını göstərir. Yəni bu səssizlik “susqun razılıq” ola bilər.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"
Bugün, 00:40 İDMAN
-
TÜRKİYƏDƏ PARTİYA BİNASI İLƏ REDAKSİYA OFİSİ ATƏŞƏ TUTULUB
Bugün, 00:17 SİYASƏT
-
Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır
Bugün, 00:16 İDMAN
-
İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"
Bugün, 00:10 İDMAN
-
Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?
Bugün, 00:03 SİYASƏT
-
BU GÜNDƏN DƏRSLƏR BAŞLAYIR
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
14.09.2026, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezident Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
14.09.2026, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
14.09.2026, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
14.09.2026, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
14.09.2026, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
14.09.2026, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
14.09.2026, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
14.09.2026, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
14.09.2026, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
14.09.2026, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
14.09.2026, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
14.09.2026, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
14.09.2026, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
14.09.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.09.2026, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
14.09.2026, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
14.09.2026, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
14.09.2026, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
14.09.2026, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
14.09.2026, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
14.09.2026, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
14.09.2026, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
14.09.2026, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
14.09.2026, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
14.09.2026, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
14.09.2026, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
14.09.2026, 14:19 CƏMİYYƏT