Tomas Müller "Vancouver Whitecaps" komandasına keçid edib

Tomas Müller "Vancouver Whitecaps" komandasına keçid edib

İDMAN

07.08.2025, 12:18

MLS komandası "Vancouver Whitecaps" Tomas Mülleri transfer etdi.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada azad agent olan Müllerlə 1+1 mövsümlük müqavilə imzalandığı bildirilib.

Bütün karyerasını “Bavariya”da keçirən 35 yaşlı Müller mövsümün sonunda klubdan ayrılmışdı.

Təcrübəli futbolçu Bavariya klubu ilə 33 kubok, o cümlədən 13 Bundesliqa, 8 Almaniya Superkuboku, 6 Almaniya Kuboku, 2 UEFA Çempionlar Liqası, 2 UEFA Super Kuboku və 2 FIFA Klublararası Dünya Çempionatında qalib gəlib.

Fərid

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR