Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
İQTİSADİYYAT
04.08.2025, 16:58
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, yeniləmiş qanun Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur.
Qanun dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.
Eyni zamanda "Büdcə sistemi haqqında" qanunun 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə ölkənin pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyyət təşkil edir.
Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.
Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.
Mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün ölkə Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirib, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranıb. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.
Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.
Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət var. Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış "Büdcə sistemi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanunda aşağıdakı müddəalar əks olunub:
- mövcud Qanunda "ortamüddətli dövr" 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə "uzunmüddətli dövr" ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar Qanuna "dividend" anlayışı əlavə edilmiş və "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb;
- məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi; layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi;
- vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi; vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, vahid xəzinə hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi;
- Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alaraq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi çıxarılır;
- büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hədd göstəricisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılması; dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesinde proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və s.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov Bağdad Amreyevlə müzakirə aparıb
Bugün, 19:55 SİYASƏT
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi
Bugün, 19:06 İDMAN
-
Bakının bəzi yerlərində iki gündür su niyə yoxdur? - Şikayət + Rəsmi açıqlama
Bugün, 18:56 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənistan vətəndaşları Bakıda yenidən hakim qarşısında + FOTOLAR
Bugün, 18:10 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi müəyyənləşib
Bugün, 18:01 İDMAN
-
Tovuzda 22 yaşlı oğlan çayda batıb
Bugün, 17:57 CƏMİYYƏT
-
QHT-lər ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
Bugün, 17:54 SİYASƏT
-
Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir
Bugün, 17:41 İDMAN
-
DEPUTATLAR TOPLANIR - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 17:18 GÜNDƏM
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
Bugün, 17:09 CƏMİYYƏT
-
Boğaz açıldı, neft sürətlə ucuzlaşdı - “Brent“ 80 dollardan aşağı düşdü
Bugün, 17:03 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Baş nazir Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - FOTOLAR
Bugün, 16:46 GÜNDƏM
-
Bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
Bugün, 16:34 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
Bugün, 16:29 İQTİSADİYYAT
-
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR
Bugün, 16:21 CƏMİYYƏT
-
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
Bugün, 16:19 İDMAN
-
“Tamstore” marketlər şəbəkəsində qəza oldu - VİDEO
Bugün, 16:10 CƏMİYYƏT
-
Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındatelefon danışığı olub
Bugün, 16:04 GÜNDƏM
-
Polkovnik Rasim İldırım həbs edildi - Məhkəmə prosesi
Bugün, 15:56 KRİMİNAL
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
Bugün, 15:16 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
Bugün, 15:03 GÜNDƏM
-
Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”
Bugün, 14:58 SİYASƏT
-
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı - FOTOLAR
Bugün, 14:39 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 14:24 İQTİSADİYYAT
-
Əli Əsədov Daşkəndə gedib
Bugün, 14:17 GÜNDƏM
-
Space TV-yə bədii rəhbər təyin olunub
Bugün, 14:09 PRESS
-
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında fərman imzalayıb - DETALLAR
Bugün, 14:01 GÜNDƏM
-
Leyla Əliyeva Almaniyada: UNFCCC-in icraçı katibi ilə görüş olub - FOTOLAR
Bugün, 13:13 SİYASƏT
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM