Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
GÜNDƏM
04.08.2025, 14:25
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov Bağdad Amreyevlə müzakirə aparıb
Bugün, 19:55 SİYASƏT
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi
Bugün, 19:06 İDMAN
-
Bakının bəzi yerlərində iki gündür su niyə yoxdur? - Şikayət + Rəsmi açıqlama
Bugün, 18:56 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənistan vətəndaşları Bakıda yenidən hakim qarşısında + FOTOLAR
Bugün, 18:10 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi müəyyənləşib
Bugün, 18:01 İDMAN
-
Tovuzda 22 yaşlı oğlan çayda batıb
Bugün, 17:57 CƏMİYYƏT
-
QHT-lər ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
Bugün, 17:54 SİYASƏT
-
Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir
Bugün, 17:41 İDMAN
-
DEPUTATLAR TOPLANIR - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 17:18 GÜNDƏM
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
Bugün, 17:09 CƏMİYYƏT
-
Boğaz açıldı, neft sürətlə ucuzlaşdı - “Brent“ 80 dollardan aşağı düşdü
Bugün, 17:03 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Baş nazir Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - FOTOLAR
Bugün, 16:46 GÜNDƏM
-
Bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
Bugün, 16:34 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
Bugün, 16:29 İQTİSADİYYAT
-
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR
Bugün, 16:21 CƏMİYYƏT
-
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
Bugün, 16:19 İDMAN
-
“Tamstore” marketlər şəbəkəsində qəza oldu - VİDEO
Bugün, 16:10 CƏMİYYƏT
-
Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındatelefon danışığı olub
Bugün, 16:04 GÜNDƏM
-
Polkovnik Rasim İldırım həbs edildi - Məhkəmə prosesi
Bugün, 15:56 KRİMİNAL
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
Bugün, 15:16 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
Bugün, 15:03 GÜNDƏM
-
Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”
Bugün, 14:58 SİYASƏT
-
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı - FOTOLAR
Bugün, 14:39 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 14:24 İQTİSADİYYAT
-
Əli Əsədov Daşkəndə gedib
Bugün, 14:17 GÜNDƏM
-
Space TV-yə bədii rəhbər təyin olunub
Bugün, 14:09 PRESS
-
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında fərman imzalayıb - DETALLAR
Bugün, 14:01 GÜNDƏM
-
Leyla Əliyeva Almaniyada: UNFCCC-in icraçı katibi ilə görüş olub - FOTOLAR
Bugün, 13:13 SİYASƏT
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM