Əli Əsədov Prezident İlham Əliyevin BMMT sessiyasına müraciətini oxudu - FOTO
GÜNDƏM
10.07.2025, 11:21
Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli sessiya iştirakçıları!
Sizi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq.
Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.
Hazırkı sessiya bəşəriyyət üçün həlledici bir məqama – təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf edir.
Bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı milli strukturların gücləndirilməsinə dəstək göstərir, müxtəlif inkişaf səviyyəsinə və resurslara malik ölkələr arasında təcrübə və bilik mübadiləsini asanlaşdırır, mülki müdafiə xidmətləri arasında həmrəylik və tərəfdaşlıq ruhunu möhkəmləndirir.
Bu gün burada böhranlara və fəlakətlərə qarşı mübarizənin ön cərgəsində duran, həyatını cəmiyyətə xidmətə həsr etmiş, müxtəlif ölkələri təmsil edən peşəkarlar və mütəxəssislər toplaşıblar.
Mən qlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq, fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.
Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir.
Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Bu gün mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsi strateji əhəmiyyət daşıyır.
Müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür.
Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaqdır.
Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsi də yer almaqdadır.
İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcəkdir.
Əminəm ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası beynəlxalq mülki müdafiə sisteminin daha da möhkəmlənməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar arzulayıram.”
Qeyd edək ki, iyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp Pekində: "Çinlə münasibətlərimiz daha güclü olacaq, İranı isə məhv edəcəyik"
Bugün, 08:32 GÜNDƏM
-
Necə olmalıdır? - Vahid Tağıyev yazır
Bugün, 08:20 YAZARLAR
-
Zəngilan və Cəbrayıla növbəti köç olub
Bugün, 08:16 GÜNDƏM
-
İran XİN başçısı: “Bizimlə döyüşənlər nəticəni gördü…”
Bugün, 00:08 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 GÜNDƏM
-
Azərbaycan təmsilçisi "Avroviziya-2026"da - VİDEO
14.05.2026, 23:54 ŞOU-BİZNES
-
Xırdalan dairəsi ləğv olunacaq, yoxsa... - AYNA sədrindən açıqlama
14.05.2026, 22:04 CƏMİYYƏT
-
Binəqədi, Xırdalan və Masazıra niyə metro çəkilmir? - Səbəb bəlli oldu
14.05.2026, 21:19 GÜNDƏM
-
Milli Observatoriya 61 mindən çox iş elanı ilə bağlı təhlil aparıb - DETALLAR
14.05.2026, 20:17 İQTİSADİYYAT
-
İsrail-Livan danışıqlarının üçüncü raundu başlayıb – Vaşinqtonda
14.05.2026, 20:16 DÜNYA
-
Sahibə Qafarova Buxarada - Spikerlər nələri müzakirə edib? - FOTOLAR
14.05.2026, 20:09 SİYASƏT
-
Tokayev Ərdoğanı təltif etdi - "Bunu bir şərəf kimi görür, qəbul edirəm"
14.05.2026, 18:10 SİYASƏT
-
Türkiyə ilə Qazaxıstan arasında 13 saziş imzalandı - SİYAHI
14.05.2026, 18:05 DÜNYA
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
14.05.2026, 17:52 CƏMİYYƏT
-
İTV "Avroviziya-2026" ilə bağlı açıqlama yaydı
14.05.2026, 17:48 ŞOU-BİZNES
-
Əli Əsədov qərar mzalayıb
14.05.2026, 17:42 İQTİSADİYYAT
-
Bakıda XI sinif şagirdi məktəbdə pəncərədən yıxılıb
14.05.2026, 17:22 KRİMİNAL
-
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
14.05.2026, 17:17 İQTİSADİYYAT
-
Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat
14.05.2026, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.05.2026, 17:00 İQTİSADİYYAT
-
Mərkəzi Bankın ehtiyatları artıb – Bir həftə içində 6 milyard dollar
14.05.2026, 16:54 İQTİSADİYYAT
-
Rəsmi Tehran Çin gəmilərinə “yaşıl ışıq” yandırdı - Açıqlama
14.05.2026, 16:51 DÜNYA
-
Auditorlar Palatasında yeni idarə və şöbələr yaradılıb
14.05.2026, 16:47 İQTİSADİYYAT
-
Bəzi rayonlarda yağış və qar yağacaq - Xəbərdarlıq
14.05.2026, 16:19 CƏMİYYƏT
-
Prezident Baxış Babayevi təltif edib - Sərəncam
14.05.2026, 16:19 GÜNDƏM
-
Daha bir Dövlət Agentliyi yaradıldı - Prezident fərman imzaladı
14.05.2026, 16:13 GÜNDƏM
-
Məleykə Abbaszadə: "SAT imtahanlarında saxtakarlıq halları var"
14.05.2026, 16:04 GÜNDƏM
-
"Mançester Yunayted" Onanaya “yox” dedi və...
14.05.2026, 15:49 İDMAN
-
AFFA bir neçə klubu cəzalandırıb
14.05.2026, 15:38 İDMAN
-
Şair Yusif Həsənbəy 93 yaşında vəfat edib
14.05.2026, 15:31 MƏDƏNİYYƏT
-
Bir qrup aktyora pul ayrıldı: 8500 manatdan 25 minədək - AzTV-dən açıqlama (YENİLƏNİB)
14.05.2026, 15:24 MƏDƏNİYYƏT
-
“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
14.05.2026, 15:18 MƏDƏNİYYƏT
-
"K1" servis avtobusu 24/7 rejimində işləyəcək
14.05.2026, 15:10 CƏMİYYƏT
-
Selçuk İnan: “Yenə eyni ruhla mübarizə aparacağıq”
14.05.2026, 14:57 İDMAN