Naim və Erol Əzizov qardaşlarının milyonları... - Partiya sədri elə iddialar irəli sürdü ki...
SİYASƏT
20.06.2025, 23:45
Ölkə ictimaiyyətinin, KİV nümayəndələrinin və "Bolt"un dünya üzrə rəhbəri Markus Villigin xüsusi diqqətinə!
Bu gün Azərbaycanda Bolt adlı şəbəkə faktiki cinayətlə məşğuldur. Ölkə qanunlarına tüpürür.
Vətəndaşlarımızın, sahibkarlarımızın konistitutsion hüquqlarını pozur. Bu azmış kimi, vətəndaşlarmızın konistitutsion mülkiyyət hüquqlarını pozur. Sanki uçan Bolt avtomobili yox, ölkə qanunvericiliyidir…
Demək ki, belədir məsələ - mənim şəxsi həyatda tanıdığım yoldaşların, eyni zamanda mənim şəxsi mülkiyyətimdə olan bir neçə avtomobil "Bolt Servis" MMC tərəfindən bloklanıb. Fəaliyyətinə məhdudiyyət qoyulub. Səbəb kimi AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bloklandığı göstərilib. Açığı, əvvəl mənə "Bolt"dan, lap dəqiq desək Naim Əzizovun əməkdaşları tərəfindən mənə çatan informasiyalar fonunda AYNA rəhbərliyi haqqında mənfi düşüncələrə qapıldım.
Daha sonra AYNA rəhbərliyi ilə və qaynar xətti ilə əlaqə saxladım. Məlum oldu ki, AYNA tərəfindən heç bir taksi sürücüsü - həmçinin dostlarıma və mənə məxsus heç bir avtomobil bloklanmayıb.
Bir qədər dəqiqləşdirmədən sonra məlum oldu ki, Boltun əməkdaşları dostlarıma və mənə məxsus avtomobilləri bloklayaraq başqa, lap dəqiq desək özlərinin himayələrində olan parklara avtomobilləri "perevod" etdikləri məlum oldu.
Burada suallar çıxır ortaya. Bir qədər tabeliyimdə olan yoldaşlara dəqiqləşdirmə etmələrini tapşırdım.
Məlum oldu ki, ölkə qanunvericiliyə tüpürərək Azərbaycanda fəaliyyət göstərən “Bolt Servis AZ” MMC-nin SEO-su Əzizov Naim İlqar oğlunun doğma qardaşı Əzizov Eror İlqar oğlu Boltun nəznində fəaliyyət göstərən “Bolt Point” adlı parkda 2-ci şəxs olaraq çalışmaqdadır. Daha doğrusu bu parka yaradılan süni şəraitlər fonunda həmin parkdan mədəni rüşvət toplamaq, korrupsiya fəaliyyəti üçün ezam edilmiş şəxsdir. “Atkatları” toplayır, qardaşı Naim Əzizovla bölüşür…
Eyni zamanda Əzizov Naim İlqar oğlunun Bolt beynəlxalq taksi şirkətinin investitsiyası proqramı daxilində “116Park” adlı digər qoluna Estonyadan ayrılan yüksək datasiyaların mənimsənilməsi prosesində də iştirak edib.
Buna bizim xalq dilində BEYNƏLXALQ KORRUPSİYA DEYİLİR.
Elə şeylər var əlimdə sənədləri ilə, detallı yazışmalar və səs yazıları ilə paylaşa bilərdim. Bunu sadəcə doğru hesab etmirəm. Paylaşılmasını sadəcə qeyri etik hesab edirəm.
Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğana, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə - həmçinin Korrupsiya qarşı Baş Mübarizə idərəsinə, həmçinin Rəşad Nəbiyev cənablarına müraciət edirəm: Bolt adlı bu cinayətkar dəstəyə kimlərin himayədarlıq etməsi haqqında ictimaiyyətə məlumat verməklə yanaşı qanuna müvafiq tədbirlər görülməsi üçün ciddi və qarşısı alınmaz tədbirlər görəsiniz.
Hansı ki, ölkə cəmiyyətini spekulyasiya edərək dövlət qurumlarına qarşı qaldırır. Bu, açıq sobatajdır!
Məgər ölkə qanunvericiliyində bir qohumun digər yaxın qohumun tabeliyində işlənməsinə icazəmi verilir? Xeyr, əsla! Bəy niyə Boltun SEO-nun qardaşı Boltun nəznində olan “Bolt Point” fleetdə qeyri rəsmi (əmək müqaviləsi pozularaq) işləyir? Danmağa çalışmasınlar - “Bolt Point”in ofisindən fotolarını paylaşsam heç kimə xoş olmayacaq. Bu səbəbdən heç kim nağıl danışmağa cəhd etməsin!
Məgər hansısa sahibkarın şəxsi avtomobilinin qeyri real olaraq qarajda (təmirdə) ola-ola formal olaraq kiməsə - proqram üzərində təhkim edilməsi cinayət deyil də nədir?!
Məhz bu səbəbdən (Əzizov Naim İlqar oğlunun qardaşı) Əzizov Erol İlqar oğlunun himayəsi altında olmağın nəticəsidir ki, “Bolt Point”in sertifikatsız (həm də qanunsuz) taksi fəaliyyəti göstərən avtomobilləri uçur Bakı şəhərində. Məhz nu himayədarlığın və qanunsuz fəaliyyətin nəticə fonunda Əzizov Erol İlqar oğlunun himayədarlığı altında fəaliyyət göstərən və Vasif Talıbovlara yaxınlığl ilə seçilən park qanunsuz fəaliyyət göstərir…
Mümkündür ki, Talıbovların uzanan əli Bakı taksi bazarına Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu vasitəsilə hələ də çatmaqdadır.
Aidiyyatı dövlət qurumlarına səslənirəm: Bütün bu iqtisadi cinayətlərə qarşı real addımlar atılmazsa ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacam.
Fikrimcə hər xırda məsələ ilə bağlı ali rəhbərliyi rahatız etmək doğru deyil. Zəruri dövlət qurumlarının məsələyə ciddi yanaşması xahiş və tələb olunur.
Hörmətli Əzivovlar, bütün bu maxinasiyanın başında şəxsən Siz durmursuzsa bu maxinasyaları törədən əməkdaşlarınızı cəzalandırın. Əks halda susqunluğunuzla və hərəkətsizliyinizlə bütün bu maxinasiyaların arxasında durduğunuzu etiraf etmiş olacaqsız!
AYNA-nın adından az sui-istifadə edin! Əks halda dövlət qurumunun adından istidafə edib, vətəndaşları dövlət qurumunun üzərinə qaldırmaqda məqsədiniz nədirsə onu açıq deyin!...
Ağasif Şakiroğlu,
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri
P.S. Yazı müəllifin Feysbukdakı hesabından götürülüb!
MİA.A
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov Bağdad Amreyevlə müzakirə aparıb
Bugün, 19:55 SİYASƏT
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi
Bugün, 19:06 İDMAN
-
Bakının bəzi yerlərində iki gündür su niyə yoxdur? - Şikayət + Rəsmi açıqlama
Bugün, 18:56 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənistan vətəndaşları Bakıda yenidən hakim qarşısında + FOTOLAR
Bugün, 18:10 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi müəyyənləşib
Bugün, 18:01 İDMAN
-
Tovuzda 22 yaşlı oğlan çayda batıb
Bugün, 17:57 CƏMİYYƏT
-
QHT-lər ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
Bugün, 17:54 SİYASƏT
-
Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir
Bugün, 17:41 İDMAN
-
DEPUTATLAR TOPLANIR - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 17:18 GÜNDƏM
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
Bugün, 17:09 CƏMİYYƏT
-
Boğaz açıldı, neft sürətlə ucuzlaşdı - “Brent“ 80 dollardan aşağı düşdü
Bugün, 17:03 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Baş nazir Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - FOTOLAR
Bugün, 16:46 GÜNDƏM
-
Bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
Bugün, 16:34 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
Bugün, 16:29 İQTİSADİYYAT
-
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR
Bugün, 16:21 CƏMİYYƏT
-
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
Bugün, 16:19 İDMAN
-
“Tamstore” marketlər şəbəkəsində qəza oldu - VİDEO
Bugün, 16:10 CƏMİYYƏT
-
Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındatelefon danışığı olub
Bugün, 16:04 GÜNDƏM
-
Polkovnik Rasim İldırım həbs edildi - Məhkəmə prosesi
Bugün, 15:56 KRİMİNAL
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
Bugün, 15:16 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
Bugün, 15:03 GÜNDƏM
-
Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”
Bugün, 14:58 SİYASƏT
-
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı - FOTOLAR
Bugün, 14:39 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 14:24 İQTİSADİYYAT
-
Əli Əsədov Daşkəndə gedib
Bugün, 14:17 GÜNDƏM
-
Space TV-yə bədii rəhbər təyin olunub
Bugün, 14:09 PRESS
-
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında fərman imzalayıb - DETALLAR
Bugün, 14:01 GÜNDƏM
-
Leyla Əliyeva Almaniyada: UNFCCC-in icraçı katibi ilə görüş olub - FOTOLAR
Bugün, 13:13 SİYASƏT
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM