Müğənni ilə məclis sahibi şadlıq evində dalaşıb - Toyda bakallar havada oynayıb
ŞOU-BİZNES
12.06.2025, 08:13
Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.
Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarda qeydə alınıb.
Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Belə ki, toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.
Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayiət olunub. K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.
Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.
Mövzu ilə bağlı restoranın meneceri Elnur Eyvazov Teleqraf-ın suallarını cavablandırarkən deyib ki, insident Kəmalə Günəşli ilə oğluna kiçik toy mərasimi təşkil edən Vəfa Mikayılova adlı xanım arasında yaşanıb.
“Hadisə bizim restoranda baş verib. Kiçik toy mərasiminə ifaçını Vəfa Mikayılovanın özü dəvət edib. Müğənninin restorana dəvətinin bizə aidiyyəti yoxdur, yəni, bizim vasitəçiliyimiz olmayıb.
Ötən gün təxminən saat 22:30-da mənə zəng etdilər ki, müğənni ilə Vəfa Mikayılova arasında mübahisə baş verib. Hadisə yerinə polis gəldi, o zaman hər iki tərəf sakitləşmişdi. Məclis sahibi müğənnini şikayət etdi”,- deyə menecer bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı Ajans.az saytı yayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: Argentina ingilislərə qalib gəldi - Dünyanı möhtəşəm final gözləyir
Bugün, 01:04 İDMAN
-
Zelenski: “Ukrayna Aİ-nin tamhüquqlu üzvü olmağa layiqdir”
Bugün, 00:17 SİYASƏT
-
İrana yenidən zərbə endirilir – Bölgələrdə güclü partlayışlar baş verir
Bugün, 00:07 GÜNDƏM
-
Prokurorluq qərar verdi: müğənni və ətrafının cinayət işi məhkəməyə göndərildi - SİYAHI
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - Xilas olunanlar Vətənə gəlir, kapitan isə axtarılır (Yenilənib)
15.07.2026, 23:14 GÜNDƏM
-
Mirzə Ələkbər Sabirin nəvəsinin "Telegram” hesabı oğurlanıb: “Xahiş edirəm..."
15.07.2026, 21:02 PRESS
-
İranda Trampın tabutda nəhəng afişası asılıb – FOTOLAR
15.07.2026, 20:44 DÜNYA
-
Dövlət Baxçalı millinin futbolçusunu qəbul etdi
15.07.2026, 20:43 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
15.07.2026, 20:24 SİYASƏT
-
"Yelobank"ın sahibi bir ölkədə "qara zolaq"dan çıxarıldı
15.07.2026, 20:16 İQTİSADİYYAT
-
Zəngəzur dəhlizinə rus rəhbərlik edəcək: o, kimdir? - ABŞ-dan elə xəbər gəldi ki...
15.07.2026, 20:14 SİYASƏT
-
Xəzər dənizində daha bir nəfər boğulub
15.07.2026, 19:01 CƏMİYYƏT
-
Dəniz Baykalın həyat yoldaşı dünyasını dəyişib
15.07.2026, 18:55 DÜNYA
-
Türkiyədə nəhəng ətyeyən çəyirtkələr peyda olub – FOTO
15.07.2026, 18:22 DÜNYA
-
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
15.07.2026, 18:13 GÜNDƏM
-
Lənkəranın icra başçısına müavin təyinatı olub
15.07.2026, 17:59 CƏMİYYƏT
-
Rəsmi Tehrandan ABŞ-ın son hücumu ilə bağlı açıqlama: “30-dan çox mülki şəxs həlak olub”
15.07.2026, 17:48 DÜNYA
-
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklamı və... - "Məni qınayanlara isə demək istəyirəm ki..."
15.07.2026, 17:45 MƏDƏNİYYƏT
-
Samux rayonunda kütləvi zəhərlənmə olub
15.07.2026, 17:38 CƏMİYYƏT
-
Ceyhun Bayramov Lavrovla görüşəcək
15.07.2026, 17:28 SİYASƏT
-
Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN
15.07.2026, 17:26 GÜNDƏM
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi
15.07.2026, 17:11 İDMAN
-
"Aşsüzən media” və ya AZAL-ın dərəbəyliyi... - ELXAN ŞÜKÜRLÜ YAZIR
15.07.2026, 17:09 YAZARLAR
-
Agentlikdə departament direktoru təyinatı oldu
15.07.2026, 17:09 GÜNDƏM
-
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15.07.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.07.2026, 17:00 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
15.07.2026, 16:56 CƏMİYYƏT
-
Tramp Ukrayna münaqişəsinin prezidentlik müddətinin sonunadək başa çatacağına ümid edir
15.07.2026, 16:25 DÜNYA
-
"Biletimizi başqalarına satıblar" - Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO
15.07.2026, 16:22 İQTİSADİYYAT
-
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
15.07.2026, 16:17 GÜNDƏM
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb - FƏRMAN
15.07.2026, 16:08 MƏDƏNİYYƏT
-
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib - SƏRƏNCAM
15.07.2026, 16:07 GÜNDƏM
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
15.07.2026, 16:05 GÜNDƏM