Bakıda 19 yaşlı qadını şəkilləri ilə şantaj edən 22 yaşlı şəxs saxlanılıb

Bakıda 19 yaşlı qadını şəkilləri ilə şantaj edən 22 yaşlı şəxs saxlanılıb

KRİMİNAL

20.03.2025, 12:20

Bakıda qadını şəkilləri ilə şantaj edən 22 yaşlı şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR