Əliməmmədin kəndirbazlığı, Musanın baltası, Mərdanın çabası...
YAZARLAR
31.07.2024, 14:59
Samir Feyruzov
***
Zənnimdə yanılmamışam, həmişə demişəm ki, bu xalqın ən böyük düşmənləri acgöz alimlər, piştaxta təfəkkürlü siyasətçilər və ucuz qələm adamlarıdır.
Bilirsiniz ki, Milli Məclisə seçkilərlə bağlı namizədlərin qeydə alınması prosesi gedir. Bu proses zamanı nələr görürük? Baxırsan ki, kimsə deputat olmaq iddiasını ortaya qoyur, qapı-qapı gəzib xalqa söz verərək 500 imza toplayır və son anda, qəfil açıqlama verir ki, seçkidə iştirak etməmək barədə qərar qəbul etdim, namizədliyimi geri çəkirəm. Bu, imza topladığın insanlara, qapısında imza diləndiyin kəndçiyə və ən əsası, öz prinsiplərinə, öz şəxsiyyətinə qarşı həqarətdir, xəyanətdir. Məgər prosesləri əvvəldən bilmirdin? Bilirdinsə, yekə-yekə iddialarla çıxış etmək nəyə lazım idi? Döyüşməyə vicdanın çatmırdısa, öncədən bu prosesə qoşulmazdın.
Məsələn, bu gün 75 saylı Yardımlı-Masallı seçki dairəsində əsl rəzalət hökm sürür. Həmin dairədə 3 əsas favorit namizəd var idi - Əliməmməd Nuriyev, Mərdan Seyidbəyli və Musa Qasımlı. Bu üç şəxsin hər birini rayon əhli çox gözəl tanıyır.
Ə.Nuriyev sosial şəbəkə hesabında seçki yarışını davam etdirməmək barədə qərar qəbul etdiyini yazıb. Amma səbəblərini yazmır, yazmağa cəsarəti çatmır. Bəs, günlərdir qapı-qapı gəzib imza topladığın insanlara nə cavab verəcəksən? Açığı, mən onu qınamıram, ayrı-ayrı məmurlarla o qədər dərin əlaqələrə malikdir və hökumətdən o qədər faydalanır ki, geri çəkilməyə bilməz. Qazandıqlarını itirmək qorxusu çox pis şeydir. Ola bilər ki, Ə.Nuriyev yaxşı insandır, necə ki belə də təsvir edirlər, çox adama faydası toxunub, səmimi və sadə adamdır. Vaxtilə AXCP-dən hökumətə “transfer” olunan Ə.Nuriyev hazırda ictimai sektorda ən çox qazanan şəxslərdəndir və görünür, həqiqətləri tez başa düşərək bacanağı Əli Kərimlinin yanından uzaqlaşan Ə.Nuriyev üçün belə daha yaxşı olub. Eşitmişəm, Ə.Nuriyev cəbhədə ən faydalı şəxslərdən biri olub, açığı, o bataqlıq onun yeri də deyildi. Bəs, əzmini harada itirmisən?
Məlumat aldım ki, Musa Qasımlı bu dəqiqə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun otağında oturub. Ə.Nuriyevi də namizədliyini geri götürməyə onlar məcbur ediblər, ona min yerdən zəng açılıb, başçı bir tərəfdən, dost-tanış da bir tərəfdən. Hamısı da M.Qasımlını təzyiqi ilə. Musa “əsası”nı işə salıb.
67 yaşlı M.Qasımlı 15 ildir deputatdır, bunun 10 ilini Yardımlının deputatı kimi Parlamentə lövbər salıb. Nə iş görüb? Yaxşı ki, İkinci Qarabağ Müharibəsi olub və bu adamlar üçün yeni “iş yeri” və imitasiya imkanları formalaşıb – şəhid ailələrinin evinə gedib şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq!
Ay qardaş, Yardımlı rayonu tükənib, reanimasion durumdadır, əhali kəndləri tərk edib, iş yerləri yoxdur, o boyda turizm potensialı olan rayonda bir dənə də olsun şərait yaradılmayıb, rayonda 1 işıqfor var, onun da ancaq sarı işığı yanır. Axı sən alimsən, bu boyda mandat hərisliyi nəyə lazımdır?! Və heç bir Yardımlı əhli mənə M.Qasımlını tanıtdıra bilməz, biz qohumuq, mənim rəhmətlik anamla da bir sinifdə təhsil alıb. Amma dəxli nədir, mənim üçün həqiqət hər şeydən üstündür. Camaat yazıq deyil? Axı səndə Yardımlının problemlərini həll etməyə, rayonun inkişafı üçün inqilabi addımlar atmağa güc-iradə yoxdur, dişə vurulası bircə cəsarətli çıxışın da gözə dəymir. İncimə Musa müəllim, mən digər yardımlılı jurnalistlər kimi sənə heykəl kimi baxıb, qarşında təzim edə bilmirəm. Gedib meşədə, təbitə qoynundan özünə xudmani villa tikdirməklə deyil ki... Səndən əvvəlki Sabir Rüstəmxanlı da, bizim rayonun müxtəlif rayonlardan deputat seçilən mənsubları da - hamınız bir bezin qırağısınız. Hələ Barak Obamanın babasına oxşayan Fəzail İbrahimlini demirəm.
İndi yerdə qalıb iş adamı Mərdan Seyidbəyli! İndi də onun üstünə düşüblər ki, namizədliyini geri çək! Musa əlinə əsanı alıb oturub icra başçısının otağında, bu dəfə dənizi yox, rayonu iki yerə bölür. M.Seyidbəylini dərindən tanımıram, amma sosial şəbəkələrdə baxıram ki, şəhid ailələrinin əlindən öpməklə artistlik eləmir, iş adamlarını, alimləri tez-tez bir yerə yığıb çıxış yolları axtarır. Musanın işi kitab yazmaq, Əliməmmədin işi qrant almaqdırsa, Mərdanın da işi tikmək, qurmaq yaratmaqdır - adamın işi budur. Yeni tendensiyalar da bunu tələb edir, şalvarının ciblərini yeddiqat tikən M.Qasımlının yenidən deputat seçilməsi dövlət üçün ağır yük olacaq, cibi açıq, ömrünü iqtisadiyyata, qurub-yaratmağa sərf edən insanları önə çəkmək lazımdır ki, hər şeydən öncə xalq, dövlət qazansın.
Amma məsələ bununla bitmir. M.Qasımlı həmin dairədən daha bir namizədi də qorxudur, onu işdən qovduracağı ilə bağlı təhdid edir. Bu barədə detallı məlumatları da yazacam.
P.S. Yardımlıdan çox pis xəbərlər alıram, Qasımlı “konsert” verir, bütün idarələrin fəaliyyətini iflic edib, hamını min cür fəndlə farağatda saxlayıb, vadar edir ki, onun işlərini görsünlər. Özüm də tez-tez əlaqə saxlayıram, amma xahiş edirəm, kimdə nə məlumat varsa, mənə göndərsin.
Zəruri qeyd: Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
HÖRMÜZ BOĞAZI BAĞLANDI - İran ABŞ-ın blokadanı davam etdirməsinə dözmədi (BƏYANAT)
Bugün, 22:42 GÜNDƏM
-
Partiya sədri: "Nazir balaları var ki, ona-buna sələmə pul verirlər" - MÜSAHİBƏ
Bugün, 22:32 SİYASƏT
-
"Baş nazir vəzifəsi asan vəzifə deyil" - 91 yaşlı Artur Rasizadə dincəlir
Bugün, 22:32 CƏMİYYƏT
-
Deputat Ağalar Vəliyevin oğluna bağlı şirkətlərin borcu çıxdı - Sənədlər
Bugün, 22:20 CƏMİYYƏT
-
"Yazın, Elmar müəllimə sual verdik, dedi ki..." - Sabiq XİN başçısı Əli Əsədovla bağlı şok iddialara belə reaksiya verdi
Bugün, 22:11 SİYASƏT
-
Ceyhun Bayramov D-8-in Baş katibi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 21:22 SİYASƏT
-
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq... – "AccessBank"ın hesabatı sual yaratdı
Bugün, 21:20 İQTİSADİYYAT
-
Mənsur İbrahimli vəfat edib
Bugün, 18:49 PRESS
-
İran münaqişəsində “kürd kartı”: Ankara və Bakının qırmızı xətti - Təhlükəli ssenari, yoxsa...
Bugün, 18:33 SİYASƏT
-
“Kristal Abşeron”da qətl - 27 yaşlı şəxs saxlanıldı
Bugün, 18:01 KRİMİNAL
-
“Karvan-Yevlax” "Şamaxı”nı devirdi
Bugün, 17:40 İDMAN
-
GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Müdafiə Nazirliyində dəyişiklik
Bugün, 11:33 GÜNDƏM
-
"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük" - "Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq"
Bugün, 11:31 SİYASƏT
-
İran hava məkanını beynəlxalq uçuşlara qismən açdı
Bugün, 11:12 GÜNDƏM
-
"32 il ad günümü keçirmədim" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)
Bugün, 10:37 PRESS
-
Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb
Bugün, 09:54 KRİMİNAL
-
Azərbaycan nefti 11 dollar ucuzlaşdı
Bugün, 09:02 İQTİSADİYYAT
-
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və ya İstanbul Bəyannaməsi...
Bugün, 00:06 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan tədbirdə - FOTOLAR
17.04.2026, 21:49 GÜNDƏM
-
"Neftçi" son dəqiqədə qələbəni əldən verdi
17.04.2026, 21:44 İDMAN
-
Prezident İlham Əliyev Antalyada Diplomatiya Forumunda - FOTOLAR (YENİLƏNİB)
17.04.2026, 21:28 GÜNDƏM
-
Məşhur aktrisa 1.5 illik evliliyə son qoydu
17.04.2026, 21:06 ŞOU-BİZNES
-
İlham Əliyevlə Ərdoğan görüşüb - Antalyada + FOTO
17.04.2026, 20:36 GÜNDƏM
-
Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlanmayacaq”
17.04.2026, 20:34 GÜNDƏM
-
Hikmət Hacıyev: "Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq" - VİDEO
17.04.2026, 19:55 SİYASƏT
-
Sergen Yalçın ilk 11-liyi müəyyənləşdirir
17.04.2026, 18:00 İDMAN
-
Laçında Aqrar Biznes Festivalı keçirilib
17.04.2026, 17:58 İQTİSADİYYAT
-
Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir
17.04.2026, 17:41 İQTİSADİYYAT
-
AFFA qərar verdi - Daha bir komanda liqadan kənarlaşdırılıb
17.04.2026, 17:40 İDMAN
-
Türkiyədə zəlzələ oldu - 4.1 bal gücündə
17.04.2026, 17:23 GÜNDƏM
-
11 illik buraxılış imtahanının nəticələri elan olundu
17.04.2026, 17:16 GÜNDƏM
-
HÖRMÜZ BOĞAZI AÇILDI – Rəsmi Tehrandan bəyanat
17.04.2026, 17:12 GÜNDƏM
-
Hidayət Heydərov gümüş medal qazandı
17.04.2026, 17:06 İDMAN