BİZİM MEYXANAÇILAR
YAZARLAR
29.01.2024, 12:07
Qalib ARİF
(“Mənim fikirlərim” silsiləsindən)
***
Bizim meyxanaçılar, ümumiyyətlə meyxana sənəti haqqında danışmaq istəyirəm. Meyxana da söz-şer sənətinin qollarından biridir, insanların müəyyən hissəsi tərəfindən sevilir və izlənilir.
Düşünürəm ki, meyxana hardasa aşıq sənəti kimidir, ola bilsin ki, forma fərqlidir, amma məzmun eynidir. Hər ikisində söz bədahətən, yəni fikirləşmədən, musiqili deyilir, hər ikisində deyişmə əsas cəhətlərdən biridir. Siz meyxana sənətində Şəhriyarla Vahidin, aşıq şerində Səməd Vurğunla Zəlimxan Yaqubun deyişməsini təsəvvür edirsinizmi?! Şübhəsiz ki, bütün müqayisələr qusurludur, amma bu, keyfiyyəti üzə çıxarmağın əsas yoludur. Olsun ki, meyxana bir az çətindir, çünki aşıq şeri sərbəst, qoşma kimi deyilir, meyxana şeri isə, əruz vəznindədir, faktiki olaraq, qəzəldir...
Böyük Şəhriyar şer haqqında “Ürək qanı ilə yaranan sözlər, fikrin şanəsiylə daranan sözlər” deyir. Bəli, yalnız bu halda şer “Tutulmuş gözləri aça bilən söz, illərin üstündən uça bilən söz” olur. Deməli, şair olub söz dalınca düşənin, meyxanaçı, ya aşıq – fərqi yoxdur, ilk növbədə fitri istedadı, yəni “Ürək qanı” olmalıdır ki, sözlər musiqi ahəngi ilə yaransın. Yeri gəlmişkən, şer, poeziya sözlərin musiqisidir, musiqisiz şer cansız cisim kimidir. Sonra, şairin savadı, dünyagörüşü onun istedadını tamamlamalı, yaranan sözlər “Fikrin şanəsiylə” daranmalıdır, şer formasında bir-birinə calanmalıdır. Mübaliğəsiz demək olar ki, hazırda aşıq və meyxana sənətinin əsas uğurlarından biri, bəlkə də birincisi “Ürək qanı”nın - istedadların çox olmasıdır. Amma qusurlar da yox deyildir, hətta ötəri bir baxış da göstərir ki, hər iki sahədə “Fikrin şanəsi”, yəni savad dərəcəsi, dünyagörüşü bir qayda olaraq, mükəmməl deyildir...
Deməli, meyxana şeri də mükəmməl deyildir, amma öz uğurları, qüsurları ilə birlikdə çox maraqlı bir sənət sahəsidir. Kim nə deyir-desin, bu sahənin Ağasəlim, Nizami Rəmzi kimi böyük söz ustadları olub, Ramiz Təkani kimi söz sənətkarı var, mübahisəsiz, mübaliğəsiz əsl şairdir onlar. Onların sözü, şeri düşündürəndir, adamın əlindən tutub qəlbinə girəndir, keçmişi dilləndirən, bu günü göstərən, gələcəkdən xəbər verəndir. Burda da, məzmun oxşar olsa da, formalar bir az fərqlidir. Meyxanaçı şairləri şərti olaraq 3 qrupa - pafoslu, musiqili və mənali – bölsək, Ağasəlim birincilərin, Nizami Rəmzi ikincilərin nümayəndəsi idi, Ramiz Təkani isə üçüncüləri təmsil edir. Ağasəlim hətta qəzəllərini də pafos, coşqu ilə deyirdi, Nizami Rəmzi meyxanaya musiqi gətirdi, Ramiz Təkani isə, fikri, mənanı bir məqsədə çevirdi.
Düşünürəm ki, burda bir məqamı xüsusi vurğulamaq lazımdır. Musiqili meyxana demək üçün müvafiq səs diapazonu və yüksək musiqi duyumu, mənalı meyxana demək üçün isə, müəyyən savad və geniş məlumat bazası lazımdır. Odur ki, hazırda pafoslu (oxu: qışqırıqçı) meyxanaçıların sayı sürətlə artır. Məsələn, Ağamirzə pafoslu meyxana deyir, Rəşad Dağlı də bu yolla gedirdi, hazırda populyar olan Balaəli də uğurla bu yolu davam etdirir. Kərim nə deyirdisə, musiqili deyirdi, Vüqar Maştağalı, Namiq Qaraçuxurlu da bu qəbildəndir. Aydın Xırdalanlı isə, mənaya üstünlük verirdi. Namiq Məna, Oqtay Kamil kimi meyxanaçılar da bu yolla gedir. Təbii ki, hər qrupa azarkeşlik edənlər, meyxana dinləyənlər var. Məsələn, mən mənalı meyxananı sevirəm və dinləyirəm. Bu qrupun parlaq nümayəndəsi olan Ramiz Təkaninin demək olar ki, bütün əsərlərini, şer və qəzəllərini izləyirəm.
Və son olaraq. Bədahətən meyxana, şer demək, həm də musiqili və mənalı demək çətindir, həddindən artıq çətindir. Ümumiyyətlə, söz deyə-deyə fikirləşmək, mənalı suallar, cavablar vermək ancaq dahilərin işidir. Hamı Şəhriyar, Vahid, Vurğun, ya Zəlimxan ola bilmir. Birinin istedadı, o birinin savadı, üçüncünün musiqisi əskik gəlir. Amma meyxanaçı toya gedəcəyi, səhnədə, ya TV-də görünəcəyi vaxtı, ən azı bir-iki gün əvvəldən bilir. Deməli, hazırlaşmaq, meyxananın, qəzəlin mətnini, sözlərini yazmaq və yadda saxlamaq olar. Toyda, ya efirdə isə, bəzi sözləri, hətta fikirləri qafiyəyə və musiqiyə uyğun bədahətən dəyişmək olar. Onda, hazırda meyxana deyişmələrində müşahidə olunan mənasız sözlər, məntiqsiz fikirlər, lazımsız təkrarlar, hecadan və qafiyədən çıxmalar, yersiz pauzalar da azalar, ən əsası isə, dinləyicilər və izləyicilər razı qalar. Meyxanaçının da sözü məna, cibi pulla dolar, adı da ucalar...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
XİN: Milli Günün mübarək, Suriya!"
Bugün, 10:09 SİYASƏT
-
Paralel böhranlar və vahid geosiyasi transformasiya - TƏHLİL
Bugün, 09:59 SİYASƏT
-
İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü və...
Bugün, 09:37 KRİMİNAL
-
Həbsdəki sabiq deputat həbsxanaya geri qaytarıldı, karsa salındı - Xanımı açıqladı
Bugün, 09:29 SİYASƏT
-
Azərbaycan nefti 2.55 dolar bahalaşdı
Bugün, 09:23 İQTİSADİYYAT
-
Kürdəmirə qatarla getmək mümkün olacaq gedəcək - Biletlər bu tarixdən satışda olacaq
Bugün, 09:06 CƏMİYYƏT
-
Sahibə Qafarova ermənistanlı spikerlə görüşəcək - İstanbulda
Bugün, 09:00 GÜNDƏM
-
NATO-nun Baş katibi: “Ankara sammitini səbirsizliklə gözləyirəm”
Bugün, 00:26 DÜNYA
-
Rusiya XİN ABŞ-ı ittiham edir: "BMT qətnaməsi olmadan bunu etmək olmaz"
Bugün, 00:11 DÜNYA
-
Kərkükdə 100 il sonra bir ilk – Türkəsilli şəxs rəhbər seçildi
Bugün, 00:09 SİYASƏT
-
İsrail Livanın cənubunda əməliyyat keçirib – Ölən və yaralananlar var
Bugün, 00:05 DÜNYA
-
“İslamabada gedə bilərəm, razılaşmaq üzrəyik” – Trampdan İranla bağlı mühüm açıqlamalar
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Lionel Messi 75 illik klubu satın aldı
16.04.2026, 23:10 İDMAN
-
Pakistanın Baş naziri İstanbula gəlib
16.04.2026, 21:32 GÜNDƏM
-
İsrail və Livan razılaşdı - 10 günlük atəşkəs
16.04.2026, 21:14 GÜNDƏM
-
Ermənistan parlamentinin spikeri İstanbulda: "Azərbaycanla sülh möhkəmlənib"
16.04.2026, 20:40 SİYASƏT
-
"At gücü" sənədli filminin təqdimatı keçirilib
16.04.2026, 19:41 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir və..."
16.04.2026, 18:25 GÜNDƏM
-
İcra Hakimiyyətində kadr dəyişikliyi olub
16.04.2026, 18:05 CƏMİYYƏT
-
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
16.04.2026, 18:02 KRİMİNAL
-
Türkiyə yeni komando birlikləri yaradır: "Daha çevik, daha sürətli..."
16.04.2026, 17:38 GÜNDƏM
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
16.04.2026, 17:15 GÜNDƏM
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
16.04.2026, 17:10 İQTİSADİYYAT
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
16.04.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
16.04.2026, 16:54 İQTİSADİYYAT
-
Onlara vəzifələr verildi - Agentlikdə yeni təyinatlar + FOTO
16.04.2026, 16:36 CƏMİYYƏT
-
İnsan niyə pis hadisələri daha tez xatırlayır? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
16.04.2026, 16:25 CƏMİYYƏT
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
16.04.2026, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
16.04.2026, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
16.04.2026, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
16.04.2026, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
16.04.2026, 15:35 GÜNDƏM