ALLAHLA MÜSAHİBƏ (“Mənim düşüncələrim” silsiləsindən)
YAZARLAR
29.09.2023, 11:19
Qalib ARİF
***
Yəqin yaşdandır, gördüyüm yuxular yadımda qalmır, qalsa da, qara-ağ rənglərdən və dumanlı epizodlardan ibarət olur. Amma bu yuxu rəngli kino kimi canlı və maraqlı idi, mən arzularımı yuxuda yaşayırdım…
Deməli, yuxuda bizim Nizami Gəncəviyə oxşayan, klassik cizgiləri olan xəyali bir obraz gördüm. Hardasa əllini keçmişdi, deyəsən başı örtülü idi. Saç-saqqalında ağ qaradan çox gözə dəyirdi. Mən özümü itirmişdim, söhbətə başlaya bilmirdim. Dedim Siz Şeyx Nizami Gəncəvisiz?! Müsahibim gülümsədi, elə bil gün çıxdı. Dedi mən Allah-təalayam, sənin istədiyin, xəyal etdiyin obrazda gəlmişəm. Dedim Siz mənimlə danışırsız, məgər mən peyğəmbərəm?! Dedi bütün insanlar potensial peyğəmbərlərdir, ona görə mən onları öz mislimdə və görkəmimdə yaratmışam…
Və mən ağlıma ağıllı gələn sualları verməyə çalışıram...
-Tövrat, Bibliya, Quran Allah sözüdürmü?
-Bəli, mən öz sözümü demişəm, peyğəmbər göndərmişəm, amma insanlar başa düşdükləri, arzu etdikləri kimi yazıblar…
-124 min peygəmbər olarmı?
-124 min insanların təsəvvür etdikləridir, hər halda söhbət yüzlərlə əsrdən gedir... Mən hətta bəzi filosofları, şairləri peygəmbər yaratmaq istəmişəm, istedadı, işığı yox deyincə vermişəm. Amma sonra fikrimi dəyişmişəm...
-Peyğəmbərlərin içində din yaradanlar, tarixə iz salanlar var...
-Hər peyğımbərin öz missiyası var. Amma mən hətta peyğəmbərlərə də azad seçim vermişəm. Onlar mənim verdiyim missiyanı özləri seçdikləri yolla həyata keçiriblər.
-Sizin neçə yaşınız olar?
-Mən zamanın fövqündə yaşayıram, zira zamanı mən yaratmışam.
-Siz mənim arzularıma cavab verdiniz, mənimlə görüşə gəldiniz?!
-Mən öz övladlarımı çox sevirəm, əgər onlar haqqın yanındadırlarsa, mən də onların yanındayam…
- Axı, Sizin övladlarınız çoxdur, hamıyla görüşmək mümkün olurmu?
-Olur. İnsanlar Allaha dua edəndə, mənimlə danışır. Mən də vicdan obrazında insanların yanındayam. Vicdan Allahla insan arasında birbaşa əlaqədir…
-Siz insana hər şeyi, dünyanın bütün sirlərini açırsınızmı?
-Yox, hələlik insanlıq üçün bağlı hesab etdiyim məqamlar var – zamanın və məkanın sonsuzluğu, insanın ruhu, ölümün mahiyyəti və s…
-Siz öz varlığınızı necə sübut edə bilərsiz?
-Sən Allaha dua edəndə, onun varlığını sübut etməyə çalışırsanmı?! Mən bu suala Musaya verdiyim cavabı verərdim: Allh həmişə olub, var və olacaq…
-Allaha inanmayanlar da var…
-Bəli, amma Allaha inamla yaşamaq da, ölmək də asandır…
-İnam nə olan şeydir?
-İnam insanı sair canlılardan fərqləndirən əsas cəhətdir. İnam dərk olunan zərurətdir, dərk olunan inam müdrikliyə gətirdiyi kimi, dərk olunmayan inam da köləliyə gətirir…
-Bəs, azadlıq?
-Azadlıq mənim insanlara verdiyim ən böyük nemətdir. Amma azadlıq da dərk olunan zərurətdir, dərk olunan azadlıq müstəqilliyə gətirdiyi kimi, dərk olunmayan azadlıq da vəhşiliyə gətirir…
-İnsan azadlığı Allah iradəsi daxilində fəlayyət göstərir?
-Mən belə deməzdim, deyərdim ki, Allah iradəsi və insan azadlığı parallel fəaliyyət göstərir. Deməli, eyni istiqamətlidir…
-Həyatın mənası nədir?
-Nəsil vermək, Xeyirə xidmət etmək, Şərlə mübarizə etmək. Həyat bir imtahandır, insanın Allah qarşısında verdiyi imtahandır.
-Axı, bəzən Xeyirə xidmət edirsən, amma qarşına Şər çıxır...
-Bu sualı mənə İsa da vermişdi. Mən ona dedim ki, sən çəkinmə, xeyir toxumlarını səp. Daşa da düşən olacaq, suya da düşən olacaq, torpağa da düşən olacaq. Daşa düşən quruyacaq, suya düşən çürüyəcək, amma torpağa düşənlər bitəcək...
-Cənnət və cəhənnəm varmı?
-Əlbəttə, var, Allah qarşısında imtahan verə bilənlər cənnətə, bilməyənlər cəhənnəmə düşür. Amma bunları insanlar istədiyi, arzu etdiyi kimi təsəvvür edir. Bu, təxminən korların dünya haqqında təsəvvürləri kimidir. Korlar dünyanı gördükləri kimi yox, istədikləri kimi təsəvvür edirlər…
-Şeytan varmı?
-Əlbəttə var, amma insanlar onun mahiyyətini şişirdir, bütün günahlarını onun belinə yükləyir, təxminən “kötək pajı” kimi təqdim edirlər…
-“Kötək pajı” nə olan şeydir?
-XVIII əsrə qədər İngiltərədə kral saraylarında “kötək pajı” vəzifəsi vardı. “Kötək pajı” zadəgan uşaqları arasından seçilirdi və şahzadəyə xidmət edirdi. Məsələ ondadır ki, bütün uşaqlar kimi şahzadələr də nalayiq işlər görürdülər. Amma onların bədəni toxunulmaz olduğundan, qazandıqları bütün kötəklər “kötək pajı”na vurulurdu…
Nəhayət, məni ən çox narahat edən sualları verirəm:
-Bütün günahları bağışlamaq olarmı?
-Mən bu suala Məhəmmədin sözü ilə cavab vermişəm: İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür…
-Alın yazısı, yazılı tale varmı?
-Əlbəttə yoxdur. Axı, mən dedim ki, insanı ös mislimdə və görkəmimdə xəlq etmişəm və ona azad seçim imkanı vermişəm. Yazılı tale isə, düşünürəm ki, çox maraqsız olardı. Axı, robotlar da, faktiki olaraq, yazılı proqramı olan insanlardır. Mənim yaratdığımla insanın yaratdığı arasında fərq olmalıdır, ya yox?! Sonra, yuxarıda dedim ki, insan həyatı Allah qarşısında bir imtahandır. Bu imtahanı verənlər cənnətə, verə bilməyənlər cəhənnəmə düşür. İnsanların taleyini mən yazsaydım, onlardan Qiyamət günü imtahan götürməyə mənəvi haqqım olardımı?! Axı, mənim adlarımdan biri də Haqqdır…
Bu məqamda telefon zəng çalır, dayanmadan çalır və mən yuxudan ayılıram. O qədər cavabsız suallarım qalır ki,..
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
HÖRMÜZ BOĞAZI BAĞLANDI - İran ABŞ-ın blokadanı davam etdirməsinə dözmədi (BƏYANAT)
Bugün, 22:42 GÜNDƏM
-
Partiya sədri: "Nazir balaları var ki, ona-buna sələmə pul verirlər" - MÜSAHİBƏ
Bugün, 22:32 SİYASƏT
-
"Baş nazir vəzifəsi asan vəzifə deyil" - 91 yaşlı Artur Rasizadə dincəlir
Bugün, 22:32 CƏMİYYƏT
-
Deputat Ağalar Vəliyevin oğluna bağlı şirkətlərin borcu çıxdı - Sənədlər
Bugün, 22:20 CƏMİYYƏT
-
"Yazın, Elmar müəllimə sual verdik, dedi ki..." - Sabiq XİN başçısı Əli Əsədovla bağlı şok iddialara belə reaksiya verdi
Bugün, 22:11 SİYASƏT
-
Ceyhun Bayramov D-8-in Baş katibi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 21:22 SİYASƏT
-
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq... – "AccessBank"ın hesabatı sual yaratdı
Bugün, 21:20 İQTİSADİYYAT
-
Mənsur İbrahimli vəfat edib
Bugün, 18:49 PRESS
-
İran münaqişəsində “kürd kartı”: Ankara və Bakının qırmızı xətti - Təhlükəli ssenari, yoxsa...
Bugün, 18:33 SİYASƏT
-
“Kristal Abşeron”da qətl - 27 yaşlı şəxs saxlanıldı
Bugün, 18:01 KRİMİNAL
-
“Karvan-Yevlax” "Şamaxı”nı devirdi
Bugün, 17:40 İDMAN
-
GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Müdafiə Nazirliyində dəyişiklik
Bugün, 11:33 GÜNDƏM
-
"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük" - "Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq"
Bugün, 11:31 SİYASƏT
-
İran hava məkanını beynəlxalq uçuşlara qismən açdı
Bugün, 11:12 GÜNDƏM
-
"32 il ad günümü keçirmədim" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)
Bugün, 10:37 PRESS
-
Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb
Bugün, 09:54 KRİMİNAL
-
Azərbaycan nefti 11 dollar ucuzlaşdı
Bugün, 09:02 İQTİSADİYYAT
-
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və ya İstanbul Bəyannaməsi...
Bugün, 00:06 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan tədbirdə - FOTOLAR
17.04.2026, 21:49 GÜNDƏM
-
"Neftçi" son dəqiqədə qələbəni əldən verdi
17.04.2026, 21:44 İDMAN
-
Prezident İlham Əliyev Antalyada Diplomatiya Forumunda - FOTOLAR (YENİLƏNİB)
17.04.2026, 21:28 GÜNDƏM
-
Məşhur aktrisa 1.5 illik evliliyə son qoydu
17.04.2026, 21:06 ŞOU-BİZNES
-
İlham Əliyevlə Ərdoğan görüşüb - Antalyada + FOTO
17.04.2026, 20:36 GÜNDƏM
-
Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlanmayacaq”
17.04.2026, 20:34 GÜNDƏM
-
Hikmət Hacıyev: "Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq" - VİDEO
17.04.2026, 19:55 SİYASƏT
-
Sergen Yalçın ilk 11-liyi müəyyənləşdirir
17.04.2026, 18:00 İDMAN
-
Laçında Aqrar Biznes Festivalı keçirilib
17.04.2026, 17:58 İQTİSADİYYAT
-
Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir
17.04.2026, 17:41 İQTİSADİYYAT
-
AFFA qərar verdi - Daha bir komanda liqadan kənarlaşdırılıb
17.04.2026, 17:40 İDMAN
-
Türkiyədə zəlzələ oldu - 4.1 bal gücündə
17.04.2026, 17:23 GÜNDƏM
-
11 illik buraxılış imtahanının nəticələri elan olundu
17.04.2026, 17:16 GÜNDƏM
-
HÖRMÜZ BOĞAZI AÇILDI – Rəsmi Tehrandan bəyanat
17.04.2026, 17:12 GÜNDƏM
-
Hidayət Heydərov gümüş medal qazandı
17.04.2026, 17:06 İDMAN