Naxçıvanda hərbi təlimlərə 20 min canlı qüvvə qatılıb (Şəkillər)

img

18-04-2014 [12:00]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.

Nazirlikdən "Media forum” saytına verilən məlumata görə, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20 minə yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Prezident Administrasiyası rəhbərinin müavini, müdafiə məsələləri üzrə prezident köməkçisi general-leytenant Vahid Əliyev təlimləri müşahidə edib.









Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb