“Gənc kimyaçıların təcrübə mübadiləsi” layihəsi həyata keçirilib

img

14-04-2014 [12:20]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sumqayıt şəhərində "Gənc kimyaçılarıntəcrübə mübadiləsi” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində təhsil alan gənc kimyaçılar "Azərikimya” İstehsalat Birliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS) digər regional müəssisələrinin kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə yaradılmış ARDNŞ-inTəlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin SumqayıtTəlim-Tədris Mərkəzinin fəaliyyəti, burada yaradılmış neft-kimya istehsalatının iri maketləri ilə və onların iş prinsipi ilə əyani olaraq tanış olublar.

Daha sonra "Azərikimya” İstehsalat Birliyinin akt zalındagənc kimyaçıların iştirakı ilə kimya sənayesi sahəsində baş verən yeniliklər və karyera imkanlarına həsr olunmuş seminar-konfransın keçirilib.

Layihənin rəhbəri Tural Adıgözəlov bildirib ki, layihəni həyata keçirməkdə məqsəd gənc kimyaçıların müasir texnologiyalar əsasında təcrübələrinin genişləndiril­mə­sinə, kimya sənayesi sahəsində elmi naliyyətlərlə praktik tanış olmalarına şərait yaratmaq və bununla yanaşı gəncləri kimya sənayesi sahəsində uğurlu karyera qurmalarına stimullaşdırmaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR