Jurnalistlər arasında təşkil olunan “Zəka savaşı” intellektual oyununa start verilib

img

23-02-2014 [22:36]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə jurnalistlər arasında təşkil olunan "Zəka savaşı” intellektual oyununa start verilib. 

Oyun günündə 6 nəfər media işçisi və "Jurnalistika” fakultəsində təhsil alan gələcəyin jurnalistləri zəka savaşına çıxıb. Bunlar "Reytinq” qəzetinin əməkdaşı Gülnarə Bünyatova, "Azadinforum” agentliyindən Leyla Məhərrəmova, Bakı Qızlar Universitetinin tələbəsi Aynur Həmidova, Azərbaycan televizyasının əməkdaşı İsa İsayev, Qərb Universitetinin tələbəsi Dursun Rrzabəyli və Ulust tv internet televiziyasından Məğrur Salmanov olub. "Azadinforum” agentliyinin əməkdaşı Leyla Məhərrəmova layihənin qalibi adını qazanıb. Layihənin rəhbəri Rövşən Abdurəhmanlının sözlərinə görə, bu oyunun təşkil olunmasında əsas məqsəd jurnalistikamızda olan intellekt problemini diqqətə çəkmək və bu sahədəki problemlərə töhfə verməkdən ibarətdir. O, "Zəka Savaşı” jurnalistlər arasında intellektual oyunun növbəti həftələrdə də davam edəcəyini bildirib. Xatırladaq ki, iştirak etmək istəyən media işçiləri və tələbə jurnalistlər [email protected] ünvanına özləri haqında yaza bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR