Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




CƏMİYYƏT : Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlarla görüş keçirilib

  Sayta qoyulub: 14:27 09.03.2010 (80 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup pensiyaçı gimnast xanımlarla görüş keçirilib. Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, gimnast xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Fondun sədri Səlim Müslümov onlara, cansağlığı, səadət və həmişə gözəllik arzulayıb.

Bir neçə gün öncə Azərbaycanda Bədən Tərbiyəsi və İdman gününun də qeyd olunduğunu xatırladan DSMF sədri bildirib ki, ölkəmizdə idmanın sürətli inkişafı və qazanılan nəaliyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. Milli Olimpiya Komitəsinin sədri, dövlətimizin başçısı İlham Əliyev cənablarının rəhbərliyi sayəsində son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb: “İdmanda qazanılan nailiyyətlər göz qabağındadır. Qısa müddətdə idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar, yeni-yeni qələbələr qazanıblar”.

Görüşdə son illər idmanın gimnastika növünün inkişafında ciddi dönüşün baş verdiyi qeyd edilib. DSMF sədri vurgulayıb ki, Gimnastika Federasiyasının səmərəli fəaliyyəti sayəsində, gimnastika idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilib. S.Müslümov Azərbaycanda gimnastika ənənələrinin yaşamasında pensiyaçı gimnastların rolunun danılmaz olduğunu bildirib.

Görüşdə çıxış edən pensiyaçı gimnast xanımlar Azərbaycanda idmancıların sosial problemlərinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Gimnast xanımlar onlara göstərilən diqqət və qayğıya görə Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha sonra DSMF sədri pensiyaçı gimnast xanımlara xatirə hədiyyələri təqdim edilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930