Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




CƏMİYYƏT : Azərbaycan əhalisinin 50,9 faizini qadınlar təşkil edir

  Sayta qoyulub: 18:41 08.03.2010 (64 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


2010-cu ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirmişdir. Ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil etmişdir. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox “Fatimə” adına təsadüf olunur. Bundan sonra şəhər yerlərində daha çox verilən ad “Fidan”, kənd yerlərində isə “Nərmin” olmuşdur. Zəhra, Nuray, Nəzrin, Leyla və Aysu da geniş yayılmış adlardandır. Qadınların sağlamlığının qorunması dövlətin diqqət mərkəzində saxladığı ən mühüm məsələlərindən biridir. Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözlənilən ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7 faiz təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74 faizi, orta ixtisas təhsil müəssisələrində 73 faizi, ali təhsil müəssisələrində 47 faizi, həkimlərin 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş müayinənin nəticələrinə görə, ötən il 25-64 yaşında olan qadınların 84 faizi fasiləsiz təhsildə, o cümlədən 0,2 faizi formal, 14 faizi qeyri-formal, 69,8 faizi informal təhsildə iştirak etmişdir. Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Hazırda doktorantların 40 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17 faiz artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 11,2 faizdir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olmuşdur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930