Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : İsa Qəmbər “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib

  Sayta qoyulub: 15:09 08.03.2010 (67 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Müsavat Partiyasının başqanı İsa Qəmbər “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

”Əziz qadınlar!”
“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram.
Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Sevindirici haldır ki, Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal iştirak edirlər. Azərbaycan qadını həm ötən əsrin əvvəllrində vüsət almış milli-azadlıq hərəkatında, həm də azad və demokratik cəmiyyət quruculuğu uğrunda son illər apardığımız mübarizənin ön cərgələrində olublar.
Təəssüf kì, bu gün ölkədə mövcud olan avtoritar rejimin yeritdiyi xalqa zidd siyasət bütün vətəndaşlarımız kimi qadınlarımızın həyatına və fəallığına mənfi təsir göstərir, onlar da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər. Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların olan-qalan ümidini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu günlərin ömrü qısadır. Mən inanıram kì, Azərbaycan xalqı öz taleyində əsaslı dönüşə nail olacaq və heç şübhəsiz kì, qadınlarımız da bu prosesdə fəal iştirak edəcəklər.
Əziz qadınlar!
Bir daha bayramınızı təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı sizləri qorusun!
Tanrı Azərbaycanımızı qorusun!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930