Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : Fəzail Ağamalı AİDP sədrinin cavabını verdi

  Sayta qoyulub: 15:25 06.03.2010 (82 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının aksiya keçirən dindarlarla bağlı fikirləri qarşı tərəfin narazılığına səbəb olmuşdu.

Belə ki, T.Abbaslı F.Ağamalının fikirlərinin İslam dininə qarşı yönəldiyini bildirmişdi. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən F.Ağamalı isə qarşı tərəfin fikirlərinin əsassız olduğunu bildirib: «Mən AİDP sədrinin açıqlamasından sonra müsahibə verdiyim qəzetləri bir daha nəzərdən keçirdim. Orada birmənalı olaraq, onun söylədiyi kimi anti-din fikirlərini dilimə gətirməmişəm. Bir müsəlman olaraq İslam dininə hörmətini bildirmişəm. İslam dininin siyasətdən kənar, xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasındakı müstəsna rolunu ifadə etmişəm. Bu gün də o fikirdəyəm ki, din siyasətə qarışmalı deyil. Həmin cənaba da bildirmək istəyirəm ki, ən azı mənim keçmiş olduğum həyat yolunu gözünün qabağına gətirsin. Mən 1988-ci ildə torpaqlarımıza erməni təcavüzü başladığı andan həm ümumxalq hərəkatında, həm də əlimə silah alraq erməni işğalçılarına qarşı mübarizədə döyüşmüşəm».

F.Ağamalı onu da bildirib ki, bu cür insanlar fikirlərini söyləyərkən, başqasının ünvanına böhtanlar atmasınlar: «Bu cür insanlar İslamı önə çıxararaq, demokratik, dünyavi Azərbaycanı İslam dövlətinə çevirmək istəyirlərsə, onlara xatırladıram ki, Azərbaycanın Konstitusiyası var və bu qanunlar çərçivsində fəaliyyətlərini qursunlar. İslam hər birmizin dinidir və o, kimsənin inhisarına çevrilə bilməz».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930