Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : Milli Məclisdə deputatlar Amerikaya qarşı çıxdılar

  Sayta qoyulub: 12:58 05.03.2010 (81 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri ABŞ Konqresi Xarici əlaqələr komitəsində qəbul olunan “Erməni soyqırımı” layihəsi ilə bağlı mövqelərini bildiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputatlar Amerikaya etiraz ediblər.

Belə ki, çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə layihənin qəbul olunması regionda sülhə, əmin-amanlığa və Türkiyəyə zərbə vuracağını qeyd edib. İ.Ağazadə onu da qeyd edib ki, çox təəssüf ki, ABŞ Xocalı soyqırımı ilə bağlı belə bir münasibəti olmayıb.

Millət vəkili Qənirə Paşayeva da ABŞ Konqresinin sözügedən komitəsinin qərarına etirazını bildibir. O, qəbul olunan layihənin dünyanın hər yerində yaşayan türklər üçün təhqir olduğunu deyib.

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, konqresin bu qərarı ABŞ-ın siyasətinə uyğun gəlmir: «Biz bir daha şahidi olduq ki, dünyada hüququn yox, gücün hüququ üstün gəlir. Elə buna görə də prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan heç kəsə güvənməməlidir, öz ordusunu gücləndirməlidir və öz hesabına problemlərini həll etməlidir. Hesab edirəm ki, qondarma soyqırım layihəsinin qəbulu Türkiyəyə, dolayısı ilə Azərbaycana da təzyiqdir».

Milli Məclisin sədri Oqtay Əsədov də məsələylə bağlı mövqeyini bildirib. O təəssüflə qeyd edib ki, ABŞ kimi bir dövlət balaca bir erməni lobbisinin əlində əsir-yesir qalıb: «Ancaq inanmıram ki, Amerika bu cür kiçik məsələyə görə öz müttəfiqlərini itirmək istəsin. Əgər soyqırım tanımaq istəyirlərsə, gəlsinlər, faktlar, videolar olan Xocalı soyqırımını tanısınlar».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930