Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




CƏMİYYƏT : ETSN çöl quşlarının qanunsuz ovlanmasına qarşı reydlər keçirib

  Sayta qoyulub: 12:01 05.03.2010 (64 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 11-23 fevral 2010-cu il tarixlərində Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq ərazisi olan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək qanunamüvafiq qaydada sənədləşdirilib.

22-25 fevral 2010-cu il tarixlərində Lənkəran rayonunun Qumbaşı kəndinin ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülüb və həmin şəxslər barəsində akt tərtib olunub. Götürülmüş quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılıb.

25-26 fevral 2010-cu il tarixlərində Sarısu, Şərbət Qobu və Zavvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sahibsiz 14 ədəd brakonyer qayığı aşkar edilərək maddi sübut kimi götürülüb.
"Bildiririk ki, qanun pozucuları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin görülməsi, qanunsuz ov halları aşkar edilmiş ərazidə mühafizə tədbirlərinin davam etdirilməsi istiqamətində Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.

Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur",-deyə nazirlik bəyan edib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930