Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : Ramil Usubov AŞ İnsan Hüquqları Komissarı Tomas Hammarberqi qəbul edib

  Sayta qoyulub: 19:47 04.03.2010 (67 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 4-də ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqi qəbul edib. DİN mətbuat xidmətindən Müstəqil İformasiya Agentliyinə verilən məlumata görə, DİN-lə AŞ arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Məhz bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanunvericilik bazası təkmilləşdirilib, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib. Polisin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilibdi. Bununla yanaşı, Avropa Şurası ekspertləri tərəfindən DİN-in Polis Akademiyasında təhsilin təşkilinə dair «Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi» mövzusunda hazırlanmış məruzə-hesabatına əsasən təqdim edilmiş tövsiyələr nəzərə alınaraq, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Akademiyada «İnsan hüquqları» üzrə xüsusi kurs təşkil olunmuş, eyni məqsədlə ingilis dilinin tədrisi daha da genişləndirilib.

Qeyd olunub ki, Avropa Şurasının «Polis və insan hüquqları» Proqramı çərçivəsində hazırlanmış «İşgəncələrə qarşı Komitə haqqında nə bilirsiniz» adlı 15 sualı əhatə edən broşura tərcümə edilərək, tədris prosesində əyani vəsait kimi istifadə olunur. “Polis etikası haqqında “Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi» hazırlanıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında» 28 dekabr 2006-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar insan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla bir sıra zəruri işlər görülüb. Bundan əlavə, 1997-ci ildən başlayaraq Avropa Şurasının «Polis və İnsan hüquqları Proqramı», «Qanunun Aliliyinin möhkəmləndirilməsi üzrə Əməkdaşlıq Proqramı» və «İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti proqramı» çərçivəsində müxtəlif mövzular üzrə seminarlar keçirilib.

Ümumiyyətlə, insan hüquqlarına riayət olunması, polisin gündəlik işində demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş seminarlar, elmi-praktik konfranslar müntəzəm olaraq keçirilir.

Nazir onu da qeyd etmişdir ki, DİN bu uğurlara nail olmaqla bərabər polis əməkdaşları tərəfindən törədilən hər cür neqativ təzahürlərə qarşı mübarizə sahəsində öz işini böyük əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.

Tomas Hammarberq səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930