Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbula hazırlaşan abituriyentlər üçün aprelin 20-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Abituriyentlər nəticələrlə TQDK-nın rəsmi internet saytından (http://eservices.tqdk.gov.az/netsinaq/) tanış ola bilər.

Qeyd edək ki, TQDK aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 49066 abituriyent qeydiyyatdan keçmişdi.